Məmələr də genital bölgə qədər erogendir


Araşdırmada diqqət çəkən məqam var.

memeler-de-genital-bolge-qeder-erogendir
09.12.2021 16:20 2 dəq oxuma

Aparılan araşdırmalara görə süd vəzlərində olan sinir uclarının beyində oyandırdığı bölgənin, genital bölgədən gələn siqnallar ilə eyni olduğu məlum olub. Yəni məmələr də cinsi orqanlarımız qədər hissiyyatlıdır.

Erogen, yəni  cinsi olaraq xəbərdar edilməyə hazır olan bölgələr bədənin müxtəlif yerlərində ola bilər. Düzdür, bir çox qadın üçün süd vəzlərinin erogen bölgə olması yeni məlumat deyil.

TurpKimi.com xəbər verir ki, “Sexual Medicine” jurnalında yayımlanan araşdırmanın nəticələrinə görə, genital bölgəyə toxunulduğu zaman beyində müəyyən bir hissənin oyandığı aşkar edilib. Eyni şəkildə müxtəlif erogen yerlərə toxunulduğu zaman da beyində həmin yer oyanırmış.

“Qadınların cinsi orqanlarından beyninə siqnallar daşıyan 4 əsas sinir vardır. Pudendal sinirlər klitorisdən, çanaq sinirləri vaginadan, hipoqastrik sinir isə serviks və uşaqlıqdan gələn siqnalları beynə ötürür. Bədənin ən uzun sinir şəbəkəsi olan vaqus (vagus) siniri isə onurğa kanalına müdaxilə etmədən birbaşa uşaqlıq və beyni bir-birinə bağlayır”, -  deyə Dr.Berry Komisaruk açıqlayıb.

Aparılan aradırmalarda 23 ilə 56 yaş aralığında olan 11 sağlam qadın iştirak edib. Qadınların beyni maqnit rezosans aparatına bağlı halda olub və onların klitoris, vagina, serviks və məmə uclarına toxunaraq, hisslərinin oyandırılması istənilib. Araşdırmaçılar hər qadının şəhvət hisslərinin qabardıldığı zaman beynində müxtəlif nöqtənin oyandığını qeyd edib: “Bütün qadınlarda sistem bir az fərqli işləyə bilər, ancaq ən azından erotik olaraq oyandırılan bölgələrin beyində həmin yaxın yerləri oyandırdığını bilirik”.

Döşlərin ucları oyandırıldığı zaman isə digər erogen bölgələr hissiyyata gələrkən  beynə yaxın olan həmin hissə təsirlənir.  Bu da məmələrin ucuna və ya sinəyə toxunmanın qadınlar üçün genital bölgələrə toxunmaq qədər təhrikedici ola bildiyi nəticəsinə gəlinib.

Yazılıb: 16.03.2021-ci il

Firuzə Alimova / TurpKimi.com