Mənzil alarkən ƏDV geri qaytarılacaq


Ev alarkən də ƏDV geri qaytarılacaq.

menzil-alarken-edv-geri-qaytarilacaq
29.11.2022 22:41 1 dəq oxuma

İqtisadçı Vüqar Bayramov qeyd edib ki, ƏDV-nin geri qaytarılması istər yaşayış, istərsə də qeyri-yaşayış əmlak nağdsız şəkildə alındıqda tətbiq olunur: “Hazırda əmlak satışı nağdsız, yəni banklar vasitəsilə həyata keçirilir. Bu zaman vəsaitin geri qaytarılması təqdim edilmiş elektron qaimə-faktura üzrə əmlakın qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq ediləcək. Geri qaytarılan vəsait alıcının bank hesabına köçürüləcək. Məsələn, alıcı mənzil alan zaman 50 min manat ƏDV ödəyibsə, həmin vəsaitin 15 min manatı alıcının hesabına qaytarılacaq. Bununla da alıcının ödədiyi vəsaitin bir hissəsinə bonus olaraq ona geri qaytarılacaq”.

Millət vəkili əlavə edib ki, kreditlə alınan əmlaka görə ƏDV geri qaytarılması tam ödənişdən sonra mümkündür: “ƏDV-nin geri qaytarılması əmlakın dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Əmlakın alınması üçün hissə-hissə ödəniş edilərsə, ƏDV əmlak sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür”.

V.Bayramov bildirib ki, qaydalara əsasən, alıcı eyni binadan bir və ya bir neçə əmlak aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.