Gisele Bündchen 40 yaşını 40 min ağacla qeyd edir.
40 yaşına qədəm qoyan dünyaca məşhur super model Gisele Bündchen 40 yaşını 40 min ağac əkməklə qeyd etmək arzusundadır.
TurpKimi.com xəbər verir ki, model "Həyatımın yeni bir dönəmə qədəm qoyduğunu hiss edirəm və bunu mənalı bir şəkildə qeyd etmək istədim, buna görə 40 min ağac əkməyə qərar verdim"-deyə açıqlama verib.
"40 yaşına gəldiyimə inana bilmirəm! Həyatımın yeni bir dövrünün başladığını hiss edirəm və bunu mənalı bir şəkildə qeyd etmək istədim. Ona görə 40 min ağac əkməyə qərar verdim. Yer üzünə təsir edəcək ən yaxşı yolları axtarıram. İllərdir fərqli proyektlər üçün ağac əkirəm. Bu il ad günümü qeyd etmək üçün ailəm və mən Braziliyadakı Amazonun yağışlı meşələrində ağac əkməyi planlaşdırmışdıq, ancaq hamımızın bildiyi kimi pandemiyaya görə bu mümkün deyil. Sonra başqa bir düşüncəm var idi. Oradakı adamlara ağac əkməyə kömək edəcək bir yol tapa bilsəm? Ailəm və yoldaşlarımla danışdım və hamısı hədiyyələrini ağaclara çevirəcəklər".
Vüsalə Əlövsətqızı, TurpKimi.com