Məşhur trileçe şirniyyatının hazırlanma qaydası - Resept


Həm yüngül, həm çox ləzzətli şirniyyatı kim istəməz ki?

meshur-trilece-sirniyyatinin-hazirlanma-qaydasi
30.03.2024 12:07 2 dəq oxuma

Kiçik dilimi ilə ağzınızın dadını dəyişəcək, çay süfrələrinə rəng qatan trileçe reseptini sizlərlə bölüşürük. 

Ərzaqlar:

300 qr un

240 qr şəkər tozu

6 ədəd yumurta

30 qram qabartma tozu

10 qram  vanil

1 litr  qaymaq

1 litr süd+ 1 çay stəkanı

Karamel sousu

Hazırlanma qaydası:

Yumurtaların sarısını və ağını bir-birinə qarışdırmadan ayıraq.

Dərin və dar iki ayrı  qaba  qoyaq və şəkərin 100 qramını yumurtanın ağı ilə birlikdə 10-12 dəqiqə  ağarana qədər çırpaq.

Yumurtanın sarısına da 80 qram şəkər  tozu əlavə edərək 5-6 dəqiqə çırpaq.

İki yumurta qarışığını selikon, ya da  taxta  qaşıqla  yavaşca qarışdıraq.

Ayrı bir qaba quru ərzaqları ələyək və qarışdıraq, yavaşca yumurta qarışığına əlavə edərək yenə selikon qaşıqla   qarışdıraq.

Kiçik,  ya da 25×35 ölçüsü olan soba nimçəsinə istəsəniz yağlı kağız sərib, ya da sobanı  kərə yağı ilə yaxşıca yağlayıb, keks xəmirini içinə tökək.

180 dərəcə əvvəlcədən isidilmiş sobada 20 dəqiqə bişirək. Temperatur ölçüsü  sobaya görə dəyişir. Bişməsə yenidən vaxtı artırın.  

Keks bişdikdən sonra soyumağını gözləyək və  tərs çevirib təkrar nimçəyə qoyaq. İstədiyiniz kimi dilimləyin.

Üzəri üçün:

Qaymağı mikserlə çırpın və südü, qalan 60 qram  şəkəri əlavə edib qarışdırın.

Dilimlədiyiniz keksin üzərinə hamısını tökün və soyuducuda 2 saata qədər keksin südü çəkməsi üçün saxlayın.  Daha sonra karamel sousu üzərinə tökün və süfrəyə təqdim edin. 

Nuş olsun!
 

Vüsalə Əlövsətqızı, TurpKimi.com