Hər şey heç də göründüyü kimi deyil.
Bilirik ki, dünyaca məşhur ulduzların həyatları kamera qarşısında göründüyü kimi deyil. Onların şəxsi həyatları da qəribə səhnələrə səbəb olur.
TurpKimi.com bildirir ki, bir çox məşhurlar uşaqları üçün tutduqları baxıcılara qəribə qaydalar qoyurlar. Uşaqlarını əcnəbi dayəyə əmanət edərkən çox sərt davranırlar. Həm hər kəsə məlum olan görüntülərini pozmamaq, həm də uşaqları istədikləri mühitə uyğun böyüdə bilmək üçün dayələri idarə edirlər.
Məşhurların uşaqları üçün seçilən dayələr hər şey onların istədikləri kimi olsun deyə nəzarət altında olmağı qəbul edirlər. Müəyyən vaxtdan sonra ananın xasiyyət və istəklərinə öyrəşən baxıcılar üçün hər şey qaydasına düşür.
Məşhurlar mükəmməl görünən imicləri pozulmasın deyə, uşaqları səhv etdikdə dayənin həmin səhvləri boynuna almasını istəyir. Beləliklə, uşaqları qarşısındakı imicləri zərər görmür.
Bəziləri media görüntülərində dayələrin düşməsindən narahat olur. Amma bəzi məşhurlar onların arxa planda olmasını istəyir. Buna səbəb, uşaqlara özlərinin baxdığını, dayələrin isə sadəcə kömək etdikləri mesajını medyaya verməkdir.
Bəzi məşhurlar dayələrin xüsusi forma geyinmələrini istəsə də, gündəlik geyimləri ilə xidmət göstərmələrini problem etməyənlər də var. Lakin gündəlik geyimdə olan dayələrin paltarlarının gözəgəlimli olmaması əsas şərtdir. Bundan başqa çöldə paparazilərin qarşısında olarkən üzərlərində qiymətli zinət əşyası da olmamalıdır. Çünki bu riskdir və diqqət çəkərək oğurluq təhlükəsi yarada bilər.
Məşhurlar dayə seçib öyrədərkən bir çox mərhələrlərdən keçirir və uzun zaman sərf edirlər. Yorucu və çox vaxt aparan bu müddətdə dayələr bir çox sınaqlardan keçirilir və seçildikdən sonra təlim alırlar. Ona görə də dayənin kimləsə münasibətdə olmasına icazə vermirlər. Aydındır ki, dayənin evlilik və ya sevgi münasibətindən dolayı işdən ayrılması onlara vaxt və pul itkisi deməkdir.
Yazı 13.05.2019-cu ildə yazılıb
Firuzə Alimova / TurpKimi.com