Dərini daha sürətlə yaşlandıran 6 qida- Elm sübut edib
Uzun müddət günəş şüalarının təsirinə məruz qalmaq dərinizin yaşlanması üçün kifayət etməz. Qəbul etdiyiniz bəzi qidalar da daha sürətli yaşlanmağa səbəb ola bilər.
TurpKimi.com dərini yaşlandırdığı elmi olaraq sübut edilən 6 qidanın adını açıqlayır.
1-Ədviyyatlı yeməklər
Ədviyyatlı yeməkləri qida rasionunuzdan tamamilə çıxartmayın, amma onları istehlak edərkən bir az daha diqqətli olun. Ədviyyatlı yeməklər menopoz dövründəki qadınlarda rast gəlinən məşhur "rozasea" gül xəstəliyini alovlandırır. Beləki, ədviyyatlı yeməklər qan damarlarını genişlədərək dərinizin qızarmasına və ya ləkəli görünməsinə səbəb ola bilər.
2-İşlənmiş ətlər
Təkrar istehsal edilən işlənmiş qida məhsullarından yalnız ürək sağlamlığınız üçün deyil, dəriniz üçün də imtina etməlisiz.
Sosiska, kolbasa kimi işlənmiş ətlərin hamısı yüksək nisbətdə doymuş yağ, natrium və sulfit ehtiva edər. Bunların hamısı da dərini qurudur və iltihablanmanın qarşısını alan, dərini cavan saxlayan və hüceyrələri yeniləyən kollagenin istehsalını zəiflədir.
3-Spirtli içkilər
Spirt bədəndə suyu azaldır. Nəticədə dərinizin 64 faizi sudur. Bundan əlavə spirtli içki qəbulu dəridə şişkinliyin yaranmasına səbəb olur. Kollagenin azalmasına səbəb olur. Spirti yalnız dəriniz üçün deyil, ümumi sağlamlığınız üçün də qidalanma siyahınızdan çıxardın.
4-Şəkərli qidalar
Şirin qidaları normal şəkildə istehlak etmək orqanizmə zərər verməz.Şəkəri çox olan işlənmiş qida istehlak etsəniz bədəniniz kollagenə zərər verən bəzi pis maddələr istehsal edəcək. Yəni nə qədər çox şəkər istehlak etsəniz o qədər sürətlə yaşlanarsınız. Bu səbəbdən şirni ehtiyacınızı meyvəli kokteyl və ya tünd şokoladla ödəyin.
5-Duz
Duz bədəni həm susuz qoyur, həm də dəridə şişkinliyə səbəb olur. Bu da dərinizi qırışdırır və qocalma prosesini sürətləndirir. Mümkün olduqca duzlu qidalardan uzaq durun və yeməyinizin dadına belə baxmadan duz tökmək vərdişinizdən əl çəkin. Unutmayın, onsuz da istehlak etdiyiniz bir çox şeyin içində duz var.
6-Qazlı, turşulu içkilər
İçində çox miqdarda şəkər və turşu olan bu içkilər dehidrasiyaya gətirib çıxardır və dərinizi susuz qoyur. Mədədən tutmuş dişlərə qədər zərərli olan bu içkilərin yerinə su, ayran sağlam içkilər istifadə edin. Yoxsa erkən yaşda dəriniz qırış-qırış ola bilər.
Vüsalə Əlövsətqızı, TurpKimi.com