Metabolizmanızı indidən Ramazana hazırlayın - 5 ADDIM


Ramazana sayılı günlər qaldı.

metabolizmanizi-indiden-ramazana-hazirlayin
17.03.2022 10:08 2 dəq oxuma

11 ayın sultanı Ramazanın başlamasına sayılı günlər qalıb. Bu il Ramazan ayı yandırıcı yayın isti havasına düşməyib, amma uzun müddətli aclıq və susuzluq davam edəcəyi üçün metabolizmanı indidən həmin müddətə hazırlamaqda fayda var.

TurpKimi.com Ramazanda oruc tutanlar üçün vacib məqamları, əhəmiyyətli xəbərdarlıq və məsləhətləri toplayaraq təqdim edəcək.

1 – Salatları artırın, duzu azaldın

Sağlam bağırsağın əsas qidası bolluca təzə və yaşıl tərəvəzlərlə qidalanmaqdır. Çünki bu qidaların tərkibində su boldur, kalori isə yox dərəcəsində deyiləcək qədər azdır. Ona görə də hər yeməyin yanında bol salat yeməyə üstünlük verin. Bununla digər qidalardan alacağınız yüksək kalorini azalda və bağırsaqlarda hərəkətliliyi sürətləndirərək həzm sisteminizi Ramazana hazırlaya bilərsiniz. Ancaq salata duz yerinə limon sıxın, həmçinin yeməklərə də çox duz tökməyin. Çoxlu duz orqanizmdə şişkinliyə yol açır, qan təzyiqini yüksəldir. Duzu indidən azaldın.

2 – Bol su için, kofeini məhdudlaşdırın

Çay, kəhvə və kola kimi içkilərdə olan kofein xroniki istifadə edildiyi zaman asılılıq yaratdığı kimi, həzm problemlərinə də yol açır. Bundan başqa, sidikqovucu təsiri ilə bədəndə olan suyun böyrəklərdən atılmasını sürətləndirərək su itkisinə səbəb olur. Ona görə də Ramazana hazırlıq müddətində kofeini azaltmağa, onun yerinə bol su içməyə çalışın.

3 – Sadə deyil, kompleks karbohidrat qəbul edin

Çox qida dəyəri olmayan, ancaq yüksək kalorili şirniyyat, un, şokolad kimi sadə karbohidratlı şirin içkilər qan şəkərində ani eniş və yüksəlişlərə yol açır, insanı tez acıdır. Bulqur, taxıl çörək, yulaf kimi kompleks karbohidratlar isə çoxlu miqdarda vitamin, mineral tərkibli olduğu üçün insanı tox tutur. Odur ki, indidən sadə karbohidratlardan uzaq durmağa başlayın və Ramazanda daha gec acımaq üçün tərkibində hər cür korbohidrat olan qidalarla qidalanın.

4 – Qatığı əskik etməyin

Qatıq həzm sistemini ən gözəl şəkildə Ramazana hazırlayır. Bu qidalarda bağırsaqlar üçün faydalı olan bakteriyalar var. Qatıq yeməklə, həm Ramazandan əvvəl, həm Ramazan boyu həzm sistemində yaşana biləcək bir çox problemlərin qarşısını almağa kömək edəcək.

5 – Ət və tərəvəzi birlikdə yeyin

Dietoloqlar ət və toyuqlu tərəvəz yeməklərini yeməklə həm protein ehtiyacınızı qarşılayacağınızı, həm də tərəvəzlərdəki vitaminlərdən faydalanacağınızı bildirir. Tərəvəz və proteini birlikdə qəbul etmək Ramazandan əvvəl həzm sistemini rahatladacaq, oruc tutduğunuz müddətədə həzm problemlərindən qoruyacaq.

Yazılıb: 02.05.2019-cu ildə

Firuzə Alimova / TurpKimi.com