Mətbəx rəfində saxladığınız unun bitlənməsinə son! - 1-2 damla bəs edəcək


Un kiçik və arzuolunmaz həşəratları özünə cəlb etməyi sevən ərzaqdır.

metbex-refinde-saxladiginiz-unun-bitlenmesine-son
11.10.2023 21:29 1 dəq oxuma

Çağrılmamış qonaq kimi rəfləri zəbt edən bu kiçik canlılar bütün ərzaqlara sıçraya bilir. Tez bir zamanda da sürətlə  çoxalırlar. 

Bu həşəratlardan yaxa qurtarmaq üçün ilk növbədə mənbəyi yox etmək lazımdır. Hansı ərzaqda varsa, mütləq onu atmalısız. 

TurpKimi.com rəflərinizdə olan ərzaqların, xüsusilə unun bitlənməməsi üçün görülən tədbirlərdən yazacaq:

İlk növbədə ərzaqların saxlanma şəraitinə diqqət edilməlidir. Rütubətli mühit olmamalıdır,  rəflər tez-tez sirkəli su ilə təmizlənməlidir, silinməlidir. Un bitindən xilas olmağın digər yolu isə evkalipt yağından istifadə etməkdir. Un olan rəfi ağ sirkə ilə təmizləyin, daha sonra evkalipt yağını su ilə açın və sprey şüşəyə töküb rəflərə püskürtün. Un böcəkləri bu qoxunu sevmirlər. 

Ərzaq bitlərindən xilas olmağın digər yolu dəfnə yarpağıdır. Un, eləcə də digər ərzaqları saxladığınız qabın içinə 1 dənə dəfnə yarpağı atın. Hava keçirməz qabda saxlayın və nizamlı olaraq rəflərinizi təmizləyin. 

Undan əlavə, noxud, lobya, paxla, düyü kimi qidalar da bitlənməyə meyillidir. Bunun üçün həmin ərzaqları evdə sobada 5 dəqiqə qovurmaq, ya da qazın üstündə isti ərzağa keçənədək qovurmaq məsləhətdir. Belə olduqda rütubət çəkilmiş olur. Soyuduqdan sonra qablara yığın, 1 dənə dəfnə yarpağı da əlavə edib, ağzını hava keçirməz şəkildə bağlayın.  

Vüsalə Əlövsətızı, TurpKimi.com