Mətbəxdə sizin üzünüzü ağ çıxardacaq və zaman qazandıracaq - 11 hiylə


Yalnız həqiqi mətbəx ustaları almanı bıçaqsız kəsə, bir həmlə ilə yumurtanı soya və soğanın gözlərini yandırmasını önləyə bilər.

metbexde-sizin-uzunuzu-ag-cixardacaq-ve-zaman-qazandiracaq
27.07.2021 20:31 3 dəq oxuma

Siz də bütün bu məlumatları öyrənərək mətbəxdə bir şef kimi yemək bişirməyə və zamandan qazanmağa nə deyərsiniz? Turpkimi.com bəzi mətbəx hiylələrini təqdim edir: 

1. Praktik qatıq damlaları 

Qatıq damlaları çox ləzzətli və daha da əhəmiyyətlisi sağlam atışdırmalıqdır. 

Xüsusilə uşaqlar bu məzəni çox sevər. Hazırlanması da çox asandır: Qatığın suyunu süzün və  plastik bir paketə və ya sıxma torbasına qoyun, kiçik damlalar şəklində sıxın. 1 saat dondurucuda saxlayın
.
2. Soğanı gözünüzü göynətmədən dilimləyin

Soğan doğrayarkən gözünüz göynəməsin deyə, bişirməyə başlamazdan əvvəl 15 dəqiqə soyuducuya qoyun. Fərqi görüncə çox təəccüblənəcəksiz.

3. Yumurtanı daha asan soyun

Yumurtanı qaynadarkən suyun içinə bir dilim limon əlavə etsəniz,  qaynadılmış yumurtaların soyulması çox daha asan olacaq. Bundan əlavə yarım çay qaşığı soda da eyni təsirə malikdir.

4. Yumurta yerinə banandan istifadə edin 

Kökə və ya başqa un məmulatları bişirəcəksiniz, birdən evdə yumurtanın olmadığını fərq etdiniz. Narahat olmayın.  Bunun yerinə banandan istifadə edə bilərsiniz: 1 yumurta = 1/2 banan edər.

5. Ən ləzzətli qəhvə üçün dəmləmə üsulu 

Bu hiylə bütün qəhvə sevərlər və səhərlər bir fincan təzə dəmlənmiş espresso olmadan oyana bilməyənlər tərəfindən çox seviləcək.

Dəmləməzdən əvvəl üyüdülmüş qəhvəyə bir çimdik duz və darçın əlavə edin. Duz yanmış qəhvə dənələrinin acılığını aparır və darçın möcüzə bir dad qatır.

6. Bıçaq olmadan almanı ikiyə bölə bilərsiniz 

Almanı əlinizə alın və rahat bir barmağınızı yerləşdirinə qədər sapını çevirməyə başlayın. Əllərinizlə basaraq kənara itələyin və asanca 2 bərabər hissəyə bölün.

7. Sarımsaqları qabığından asanca çıxarın

Sarımsaqları soyarkən vaxta qənaət etmək üçün, 15 saniyə mikrodalğalı sobaya  qoyun. Beləcə qabıq asan çıxacaq.

8. Ən ləzzətli dolmalıq bibəri tapma üsulu 

Dolmalıq bibər alarkən bibərin tərs tərəfinə, dibinə  baxın.3 yumru görsəniz, bu bir "erkək" bibərdir; 4 yumru isə "dişi" mənasını verir. "Dişilər" daha şirindir və onları təzə halda istifadə etmək daha yaxşıdır. "Erkəklər" daha qatıdır və ləzzətləri daha dərindir. Hansı yeməklərdə istifadə edəcəksiniz, ləzzət baxımından bu məlumatları yaddan çıxartmayın. 

9. Xəmiri kəsmək üçün bıçaqdan istifadə etməyə ehtiyac yoxdur 

Xəmiri rulon şəklində bərabər hissələrə sürətlə kəsmək üçün diş ipindən istifadə edə bilərsiniz.

10. Kartofu qızartmaq yerinə bu şəkildə bişirin 

Kartof qızartmasından daha yaxşı bir şey olmadığını düşünürsünüzsə, bu üsulu təcrübədən keçirin.  Kartofda incə dilimlər şəklində  kəsik açın. Zeytunyağı səpin və aralarına kərəyağı dilimləri qoyun, duz və qara istiot əlavə edin. Əvvəlcədən 200 dərəcədə isidilmiş  sobaya  qoyun, 40 dəqiqə bişsin. Bu şəkildə bişirilən kartoflar, ən sevdiyiniz yemək olacaq.

11. Kartofu asan soymaq üçün

Kartofu kiçik dilimlər şəklində kəsin.  Kartoflarla birlikdə bir qazana isti su qoyun və qaynayana qədər gözləyin. Qaynayan suyu tökün və tavanı soyuq su ilə doldurun. Hər səfərində bir kartof götürün  və qabığını çıxardın.Bu qədər sadədir!

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Dərc olunub: 03-06-2021