Mətbəxdə borular tez-tez tutulur, suyu yaxşı çəkmir və ya pis qoxu gəlir.
Bütün bunlara kimyəvi madələrdən istifadə etmədən həll yolu tapmaq mümkündür.
Borularda yağ, sabun artıqları, yemək qalıqları və kirəç kimi maddələr yığılıb qalır. Nəticədə borulardan su keçmir. Professional bir təsisatçı çağırmazdan əvvəl evdə tətbiq edə biləcəyiniz bəzi təbii və kimyəvi üsullarla boruları aça bilərsiniz.
TurpKimi.com ən təsirli üsulları araşdırıb oxucuları ilə bölüşür. Bu həll yolları həm də sizin cibinizə qənaət edəcək.
1. Qaynar su üsulu (Ən asan həll)
Borular yüngül tutulubsa, ən sürətli həll qaynar su tökməkdir.
Necə tətbiq olunar?
Böyük bir qazanda qaynar su hazırlayın (ən az 2-3 litr).
Qaynar suyu əlüzyuyana yavaşca tökün.
5-10 dəqiqə gözləyin və suyun axışına nəzarət edin.
Nə vaxt işə yarayar?
Yağ və sabun qalıqlarını təmizləyər.
Plastik borulara zərər verməz.
Nə vaxt işə yaramaz?
Əgər tıxanıqlıq tamamilə bərk tullantılardan qaynaqlanırsa, tək qaynar su kifayət etməyə bilər.
2. Soda və sirkə qarışığı Təbii Üsul!)
Kimyəvi vasitələrdən istifadə etmədən borunu açmağın ən təsirli yollarından biri də soda və sirkə qarışığıdır.
Necə tətbiq olunar?
Boruya yarım su stəkanı soda tökün.
Üzərinə yarım su stəkanı ağ sirkə əlavə edin.
Köpürəcək. 5-10 dəqiqə gözləyin.
Sonra qaynar su tökün və suyun axışına nəzarət edin.
Nə vaxt işə yarayar?
Yağ, əhəng və orqanik tullantıları parçalayar.
Bakteriyaların yaranmasına mane olar və pis qoxuları aradan qaldırar.
Nə vaxt işə yaramaz?
Əgər boruların içində böyük və bərk cisimlər varsa, bu üsul kafi olmaya bilər.
3. Nasosdan – pompadan istifadə edərək açma (Klassik, amma təsirli!)
Tıxanıqlıq sərt tullantılardan qaynaqlanırsa, nasosdan istifadə etmək işə yarayar.
Necə tətbiq olunur?
Boruya şin nasosu yerləşdirin.
Bir neçə dəfə güclü şəkildə basdırıb çəkin.
Tıxanıqlıq açılana qədər əməliyyatı təkrarlayın.
Vakuumun təsiri ilə tutulma açılar.
Böyük və sərt tullantıların hərəkət etməsini asanlaşdırar.
Nə vaxt işə yaramaz?
Əgər boruların içində çoxlu miqdarda yağ və yığıntı varsa, pompa tək başına təsirli olmaya bilər.
4. Tel və ya çubuq ilə açmaq (Əllə müdaxilə!)
Tutulma dərində deyilsə, fiziki müdaxilə ilə açmaq olur.
5. Kimyəvi açıcılardan istifadə etmək (Diqqətli Olun!)
Əgər təbii üsullar işə yaramadısa, kimyəvi vasitələrdən istifadə edilə bilər.
Necə tətbiq olunar?
Kimyəvi vasitələrdən istifadə edərkən əlcək və maska geyinin.
Məhsulun üzərindəki təlimatları diqqətlə oxuyun.
Sərt tullantıları parçalayar.
Plastik borulara zərər verə bilər.
Tez-tez istifadə etdikdə boruları aşındıra bilər.
Boruların tez-tez tıxanmasını önləmək üçün bu sadə tədbirləri görə bilərsiniz:
Tualetə, əlüzyuyana yağlı yemək artıqları tökməyin. Yağ boruların içində donaraq tıxanmağa səbəb ola bilər.
Qəhvə qalıqları və çayı tualetə və ya mətbəxdəki əlüzyuyana atmayın. Bu maddələr kanalizasiya borularında sərtləşərək tıxanıqlıq meydana gətirə bilər.
Həftədə bir dəfə soda və sirkə qarışığı tökərək təmizləyin. Bu həll boruların uzun müddət tıxanmasının qarşısını alr. Əlüzyuyanın içinə süzgəc yerləşdirin. Böyük parçaların borulara getməsini önləyin.
Boruları açmaq üçün ən təsirli üsul
Yüngül tutulmalar üçün: Qaynar su üsulu olduqca təsirlidir.
Orta dərəcədə: Su və sirkə qarışığı güclü bir həlldir.
Şiddətli tutulmalar üçün: Nasos və ya tel ilə müdaxilə oluna bilər.
Ən çətin tıxanıqlarda: Kimyəvi açıcılardan diqqətli şəkildə istifadə edilə bilər.
Tıxanmış borular gündəlik həyatı olduqca çətinləşdirə bilər, ancaq doğru üsullardan istifadə edərək təsisatçı çağırmadan özünüz öhdəsindən gələ bilərsiniz!
Vüsalə Əlövsətqızı, TurpKimi.com