Mətbəxdəki bu əşya sizi yavaş-yavaş  zəhərləyir - Hər kəs istifadə edir


Ağır metal zəhərlənməsi son illərdə sürətlə artır.

metbexdeki-bu-esya-sizi-yavas-yavas-zeherleyir
08.08.2019 09:09 2 dəq oxuma

TurpKimi.com xəbər verir ki, aparılan  araşdırmalara görə, ABŞ əhalisinin təxminən 25 faizi  son 10 il ərzində ağır metallara bağlı problemlərlə qarşılaşır. İnsanın bir başa DNT-sinə pis təsir edən ağır metal zəhərlənməsi uşaq və yaşlılarda daha çox müşahidə edilir.  

Türkiyənin tanınmış  ailə həkimi Semih Gökart qeyd edib ki,  bu maddələr toxumalarda yığılaraq xroniki xəstəliklərə səbəb olur.  DNT-ni zədələdiyinə görə,  xərçəngə də təkan verir.

 Ağır metallar daha çox beyin və böyrəklərdə yığılmağa meyillidir və hüceyrələrin, orqanların normal funksiyasını pozaraq ağır zədələr yaradır.

Hansı əlamətlər müşahidə edilir? 

Ağır metal zəhərlənməsi baş ağrısı, yorğunluq, əzələ ağrıları, mədədə narahatlıq, qəbizlik, sarılıq, qanazlığı, koordinasiya pozğunluğu, baş gicəllənməsi kimi şikayətlərlə özünü göstərir. Mütəxəssis qeyd edib ki,  təəssüf ki, bu əlamətlər cəmiyyət tərəfindən kifayət qədər. tanınmır. Məsələ ilə bağlı ictima şüur da yeni-yeni inkişaf edir. Kliniki vəziyyətlərdə və xəstəliklərdə təəssüf ki, metal zəhərlənmələri hələ də ağıla ən son gələn səbəblər arasındadır.

Ancaq Dünya Səhiyyə Təşkilatının məsələyə göstərdiyi həssas yanaşmadan sonra  yeni araşdırmalar aparılmağa başlandı. 

Qanda ağır metal ınaşkar edilməməsi onun olmamamsı demək deyil. Orqanizmin hər bir hüceyrəsinə yerləşən bu ağır metallar ancaq olduqları yerdən,  yəni yerləşdikləri hüceyrələrdən kənara köçdükdə qanda görülür.

Zədələnmiş mətbəx ləvazimatları və oyuncaqlara diqqət 

Dünya əhalisinin artım sürətinə nəzarət edilməməsi, sürətli istehsal edilən, dözümlü olmayan, amma təbii üsullardan uzaqlaşdırılan kənd təsərrüfatı, burada istifadə edilən toxumlar və dərmanların yayılması ağır metal zəhərlənməsində ən vacib amillərin önündə gəlir. Sənaye tullantıları, ətraf mühitin çirklənməsi, kənd təsərrüfatında istifadə edilən dərmanlar, ziyanverici həşəratlara qarşı istifadə edilən dərmanlar, mətbəx məhsulları, amalgam ehtiva edən plomblar, kosmetik məhsullar, çirkli sularda yaşayan dəniz canlıları ağır metal zəhərlənmələrində ən mühüm mənbələrdir.
 
 Hava, ətraf mühitin çirklənməsi,  xüsusilə kənd təsərrüfatı hövzələrində yaranan çirklilik,  fərdi mülkiyyətlərdə diqqətsizlik və etinasızlıqlar (teflon mətbəx ləvazimatları, cızılmış, zədəli mətbəx ləvazimatları, yuyucu vasitələr, mənbəyi bəlli olmayan məhsullar, oyuncaqlarda istifadə olunan boyalar) bu problemi yaradan başlıca səbəbləri arasındadır.
Müalicədən sonra bəzi qidalardan uzaq durmaq lazımdır. 
 Kosmetik məhsulların tərkibinə diqqət etməliyik. Dişdəki  amalgam plombların çıxarılmasına diqqət edilməlidir. 
 
 Çirkli sularda yaşayan  dəniz canlıları,  xüsusilə dib balıqları, midye (dəniz ilbisi)  qəti şəkildə yeyilməməlidir. Evimizə gələn su metal sügəclərdən keçirsə istifadədən qaçınmaq lazımdır. 
 Anti asidlərin bir qismi yenə risk daşıyan məhsullardandır. Teflon tava və qazanlar, hətta  cızılmış polad (polad deyirik, əslində tərkibində nikel var) qazanları də istifadə etməməliyik.
 
 İdxal edilən boyalı ucuz oyuncaqlar, istehsal yeri məlum olmayan boyalar, kökü bəlli olmayan keramik qablar, alüminium folqa mətbəxdə (xüsusilə isitmək məqsədli) istifadə edilməməlidir.

Vüsalə Əlövsətqızı, TurpKimi.com