Sabah rütubətli hava meteohəssas insanlarda narahatlıq yarada bilər.
Mayın 14-də müşahidə olunacaq tibbi-meteoroloji proqnoz açıqlanıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Abşeron yarımadasında küləkli və rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.