Məxmər ayaqqabıları təmizləməyin asan yolu


Nə qədər keyfiyyətli və ya gözəl olursa-olsun ayaqqabılar çirkli qaldıqda gözəlliyini itirir.

mexmer-ayaqqabilari-temizlemeyin-asan-yolu
18.11.2021 13:02 1 dəq oxuma

Ürəyinizdən məxmər ayaqqabı almaq keçir, lakin təmizliyinə görə tərəddüd içində qalmısınızsa, bu məsləhət sizin üçündür. 

Məxmər parçadan olan ayaqqabılar tez çirklənir, amma təmizləmək qaydasını bildikdən sonra onu təzə halına gətirmək heç də çətin deyil. 

TurpKimi.com parça, məxmər ayaqqabıların təmizlənməsi üçün lazım olan ləvazimatları təqdim edir:

- Sprey şüşədə alma sirkəsi

- Ayaqqabı fırçası

Necə tətbiq olunur?

Alma sirkəsini sprey şüşəyə tökdükdən sonra 1-2 dəfə ləkəli hissəyə püskürdün və bir ayaqqabı fırçasının köməyilə təmizləyin.

Təmizləyərkən diqqət yetirin!

- Fırçalama əməliyyatını hər vaxt tək bir istiqamətə doğru edin.

- Ayaqqabıları günəş işığından uzaq tutun.

- Yağış və ya palçıqdan yaranan ləkələri silərkən çox möhkəm basmayın. 

- Ayaqqabını qurudarkən və ya fırçalarkən içinə mütləq kağız dəsmal və ya qəzet kağızı qoyun. Bununla da ayaqqabının şəkli, forması pozulmayacaq. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Dərc olunub: 04-04-2021