Əvvəllər meyvə və tərəvəzləri kimyəvi təsirlərdən arındırmaq üçün sirkə ilə yumağı məsləhət görürdülər.
Sən demə, bu da gübrələrin mənfi təsirindən qorunmaq üçün kifayət etmir.
TurpKimi.com xəbər veriri ki, alimlərin apardığı yeni araşdırmalara görə, meyvə və tərəvəzləri yuyarkən sirkədən deyil, sodadan istifadə etmək lazımdır.
Türkiyənin Qastronomiya və Mətbəx Sənətləri üzrə Doktoru Seda Genç bildirib ki, bitkilərin sirkə ilə yuyulması zamanı onlarda olan gübrənin qalıqları daha da aktivləşir. Ən sərfəli üsul ilıq su ilə və ya suya soda əlavə etməklə yumaqdır.
Məhsulun daha da məhsuldar olması üçün bitkilərə pestisid adlanan kimyəvi maddə vurulur. Bu da sözün əsl mənasında insan sağlamlığı üçün təhlükə mənbəyidir. Pestisidlər sinir və tənəffüs sistemində bir çox xəstəliklərin yaranmasına səbəb olur, xərçəng və qan dövranı xəstəliklərinə tutulma riskini daha da artırır. Mütəxəssisin bildirdiyinə görə, məhz bu riski gözə alaraq istifadə etdiyiniz meyvə və tərəvəzləri mütləq gübrədən arındırmaq lazımdır.
Genç qeyd edib ki, bundan əvvəl sirkəli suda yumağın məsləhət görülməsində əsas səbəb qələvi mühitinin yaradılması idi. Belə ki, sirkəli suda asidlik dərəcəsi yüksək olur, bu da kimyəvi maddələrin bitkidən təmizlənməsinə kömək edir. Ancaq pestisidlərə bu mühit o qədər də təsir etmir. Bitkilərin gübrələnməsində hansı pestisidlərdən istifadə edildiyini bilmədiyimiz üçün ən asan və sağlam variant sodalı sudan istifadə etməkdir. Xüsusilə göyərtiləri ilıq suda saxlamaq və sonra bol suda dəfələrlə yumaq lazımdır.
Gübrənin yaratdığı mühiti tamamilə bitkidən arındırmaq mümkün deyil. Sadəcə olaraq alkali mühitdə zərərli maddələr daha tez parçalanır və arınır.
Mütəxəssis insanları qida alarkən təbii yolla yetişdirilənlərə üstünlük verməli olduqları haqda xəbərdarlıq edib.
Vüsalə Əlövsətqızı, TurpKimi.com