Meyvə yedikdən sonra su içməyin!


Suyun içilmə vaxtı var...

meyve-yedikden-sonra-su-icmeyin
08.01.2022 01:04 1 dəq oxuma

Həyatımızda su içməklə bağlı cavabı tapılmayan bir çox suallar var. Lakin meyvə yedikdən dərhal sonra su içmək tövsiyyə edilmir. Çünki həzmi yavaşladır və bir sıra sağlamlıq problemlərinə səbəb olur.

TurpKimi.com bildirir ki, meyvələrin tərkibində çoxlu miqdarda şəkər və maya var. Meyvə yedikdən dərhal sonra su içmək mədə turşusunu sulandırır. Bu hal mayanın inkişaf edə biləcəyi bir mühit yaradır. Yəni mədədə qazın yığılmasına səbəb olan karbondioksid və spirt istehsal olunur.

Bundan başqa, bədənin PH səviyyəsinə təsir edir. Xüsusilə də qarpız, yemiş, xiyar, portağal və çiyələk kimi yüksək su tərkibinə malik meyvələri yedikdən sonra su içdikdə həzm sisteminin pH səviyyəsi (turşuluq və ya qələvilik) pozulur. Bunun səbəbi yüksək su tərkibli meyvələrin mədənizdəki turşuluğu azaldaraq pH səviyyəsini pozmasıdır.

Meyvələri yedikdən sonra su içməkdən qaçmaq lazımdır. Çünki bu, mədənin maddələri əmmə və həzm etmə müddətini əngəlləyərək turşuluğa səbəb olur. Ona görə də bəzi insanlar meyvə yedikdən sonra mədədə bulanma hiss edərlər. Odur ki, meyvə yedikdən 1 saatdan sonra su içməlisiniz.

Meyvə yedikdən sonra su içmək həzmi ləngidir və sistemdə həzm olunmamış çoxlu sayda qida buraxır. Bu isə yağa çevrilir və insulinin artmasına səbəb olur. Qan şəkəri yüksələ, diabet və piylənmə kimi sağlamlıq problemlərinə yol aça bilər.

Firuzə Alimova / TurpKimi.com