Aparılan araşdırmalara görə, Avropa Birliyi ölkələrində mikrodalğalı sobaların buraxdığı karbon-dioksidin həcmi avtomobillərin buraxdığı qazla az qala eyni həcmdədir.
TurpKimi.com xəbər verir ki, araşdırmaçılar mikrodalğalı sobaların satışını əngəlləyə bilməsə də, istehlakçıları qənaətcil olmağa çağırıb.
İngiltərədə Mançester Üniversitetinin apardığı son araşdırmalara görə, təkcə Avropa Birliyində istifadə edilən mikrodalğalı sobaların buraxdığı karbon-dioksid 7 milyon tondur, yəni avtomobillərin buraxdığı qazla eyni miqdardadır.
Getdikcə mikrodalğalı sobaların bazarda satış payı da yüksəlir. Bunu hesabladıqda 2020-ci ildə 135 milyon mikrodalğalı soba deməkdir. Ona görə heç olmasa istehlakçıların qənaət etməsi, hər ərzağın öz isitmə dərəcəsində qızdırılması tələb edilir.
Vüsalə Əlövsətqızı, TurpKimi.com