İngilis Sky News televiziyasının yaydığı xəbərə görə, Londonun cənubundakı "Tooting" sahəsində yaşayan Florens (Florence Widdicombe) pərakəndə satışdan aldığı Milad kartlarından birinin əvvəlcədən yazılmış olduğunu görüb.
TurpKimi.com xəbər verir ki, kartda "Biz Çində Şanxay Qingbu həbsxanasındakı xarici məhkumlarıq. İradəmizdən asılı olmayaraq işləməyə məcbur edilirik. Lütfən bizə kömək edin və insan haqları təşkilatlarına xəbərdarlığımızı çatdırın" mesajı yazılıb.
Kartda daha əvvəl bu həbsxanada 2 il cəza çəkmiş ingilis jurnalist Peter Hamfreylə əlaqə saxlamaq haqda bildirilib.
Florensin ailəsi jurnalistlə əlaqə saxladıqdan sonra mesajın doğruluğuna inanıb.
Kartların satışı dayandırılıb
Milad kartlarının İngiltərəyə pərakəndə satış üçün Şanxay Qingbu həbsxanasına 100 kilometr məsafədə yerləşən Zheijiang Yunguang mətbəəsində çap edildiyi məlum olub. Mətbəə bütün satışları dayandırıb.
Firma hadisənin təsdiqlənərsə mətbəəni istehsal siyahısından çıxaracağını da bildirib.
Kartda adı çəkilən jurnalist Hamfrey (Humphrey) "Sunday Times" qəzeti üçün verdiyi açıqlamada bildirib ki, 2 il əvvəl günahsız olduğu halda şərlənərək həbs edildiyi vaxtda digər xarici məhbuslarla bərabər mətbəələrdə zorla işlədilirmiş, hətta Milad paltarlarının tikilməsindən tutumuş qablaşdırılmasına qədər prosesdə məcburən əməyi keçib.
2017-ci ildə İngiltərədə olan pərakəndə satışdan alınan bir Milad kartında "Sizə şans və xoşbəxtlik diləyirik. Üçüncü Məhsul Dükanı, Quançou Həbsxanası, Bölmə 6" mesajı tapılıb.
2014-cü ildə mağazadan alınan şalvardan isə Çincə bir qeydin içində həbsxana şəxsiyyət vəsiqəsi çıxmışdı. "SOS" ilə başlayan qeyddə Çindəki Xianqnan Həbsxanasındakı məhkumların gündə 15 saat geyim istehsalında işlədildiyini iddia edən ifadələr yazılıb.
Vüsalə Əlövsətqızı, TurpKimi.com