Tumu bütöv halda udmayın...
Limonun suyu və qabıqları kimi tumları da çox faydalıdır. Odur ki, limondan istifadə edərkən tumları zibilə atmayın.
TurpKimi.com limon tumlarının əvəzolunmaz faydaları haqda ən vacibləri sizin üçün qeyd edir:
Bildiyimiz kimi C vitamini ilə zəngin olan limon bir çox sağlamlıq problemlərinə faydalıdır.
Şəfa mənbəyi olan limon dərman yerinə təbii yollarla müalicəyə üstünlük verənlərin ən çox istifadə etdiyi vasitədir.
Aparılan araşdırmalara görə, limon tumunun içində olan salisilik turşusu aspirinin əsas komponentlərindən biridir. Ona görə də təbii ağrıkəsici olaraq istifadə edilə bilər. Əgər ağrıkəsicilərə alternativ vasitə axtarırsınızsa, limon tumu yeyərək ağrıları yüngülləşdirə bilərsiniz.
Güclü antibakterial xüsusiyyətə malik olan limon tumu sidik yollarını təmizləyərək, sidik yolları infeksiyalarını aradan qaldırır. Hətta sağalmaz sidik yolları infeksiyaları ilə güclü mübarizə aparır.
Zəhərli bitki və heyvanların orqanizmə mənfi təsirinin qarşısını alır. Bu zaman zədələnmiş nahiyəyə əzilmiş limon tumu qoyun.
LİMONUN DİGƏR FAYDALARINA GƏLDİKDƏ:
-Beyinin inkişafına və sağlamlığına müsbət təsir edir;
-Tərkibindəki yağlar beyin funksiyalarının inkişafına kömək edir;
-Zehni yorğunluğu azaldır;
-Sakitləşdirici və rahatladıcı xüsusiyyəti var;
-Xərçəng xəstəliyində alternativ üsul kimi istifadə edilir;
-Süd vəzi xərçənginin müalicəsinə müsbət təsir edir;
-Qida zəhərlənmələrində orqanizmi mənfi təsirlərdən qoruyur və zəhərin bədəndən asanlıqla atılmasını təmin edir;
-Tərkibində olan komponentlər sayəsində dəridəki sızanaq və aknelərin müalicəsində aktiv rol oynayır;
-Yeni yaranacaq civzələrin qarşısını alır;
-Davamlı istifadə etdikdə ağızdakı xoşagəlməz qoxunu yox edir;
-Ağızda olan zərərli bakteriyaları məhv edir;
-Dişlərin daha ağ və parlaq görünməsinə səbəb olur, həm də nəfəsi təravətləndirir;
LİMON TUMUNDAN İSTİFADƏ QAYDASI
Təsadüfən limon tumlarını udmağın heç bir ziyanı yoxdur. Ancaq həzm edilməsi çətin ola bilər. Ona görə də limon tumlarını üyüdərək toz halına gətirmək lazımdır. Daha sonra bal kimi şirin qidalarla qarışdırıb qəbul etmək faydalıdır.
Limon tumundan dəriniz üçün istifadə etmək istədikdə, yenə üyüdün və krem şəklində üzünüzə çəkin.
Firuzə Alimova / TurpKimi.com