Miqrendən əziyyət çəkənlər - Xilas yolunuz bu diyetdədir


Kəsməyən miqren ağrılarından xilas olmaq üçün Su diyetindən istifadə dərdinizə çarə olacaq. 

miqrenden-eziyyet-cekenler
28.12.2022 22:46 3 dəq oxuma

Tez-tez  təkrarlanan, uzun müddət davam edən miqren ağrısı stress, yuxusuzluq, aclıq, balanssız bəslənmə kimi bir çox səbəbdən yaranır və davam edir.  Boyun hissə,  gicgah, göz ətrafından başlayaraq şiddətli ağrıya səbəb olan miqren, çox vaxt insanların həyatına, işinə mənfi təsir edir. Yetkinlik dövründən yaranan miqren vaxtında müalicə edilmədikdə dözülməz ağrılara səbəb olur.

TurpKimi.com olaraq Türkiyənin kardiologiya üzrə mütəxəssisi Dr. Hamit Çelikin miqren ağrılarını kəsmək üçün məsləhət gördüyü 30 günlük Su diyetindən yazacayıq. 

Miqren ümumiyyətlə gənclik yaşlarından etibarən başlayır. Bədəndəki ağır metallar, toksinlər və bakteriyaların yığılması damarların genişləməsinə səbəb olur. Beyin damarlarındakı genişlənmə isə şiddətli ağrıların yaranmasına təkan verir. Ancaq bədəndə yığılan tullantı maddələrin bir, ya da üç aylıq su diyeti müalicəsi ilə təmizlənməsi mümkündür. Bu səbəbdən su diyeti ilə miqren ağrılarından da xilas ola bilərsiniz. 

Detoks tətbiq etmək şərtdir

Miqren kişilərə nisbətən qadınlarda daha çox müşahidə olunur. Xəstə şiddətli baş ağrısı ilə bərabər, ürəkbulanma, qusma, işığa qarşı həssaslıq, iştahsızlıq, konsentrasiya pozğunluğu  yaşayır.  Buna görə də miqreni tətikləyən qidalardan uzaq durmaq lazımdır.

Mütəxəssis qeyd edir ki,  miqrendən şikayət edən xəstələr uzun illər boyu bu ağrını çəkirlər. Dözülməz ağrıların və tutmaların  sayını və şiddətini artıran qidalardan uzaq dayanmaq, xəstənin həyat keyfiyyətini yüksəldir. Buna görə bədənə tətbiq olunan detoks ilə miqren ağrılarını ortadan qaldırmaq üçün həkim müalicəsi ilə birlikdə  su diyeti yaxşı nəticə göstərir.

Miqren şikayəti olan xəstəyə su detoksu tətbiq edərkən susadığı qədər su və yanında yeyə biləcəyi bir qida veririk. Bu qida qaynadılmış yumurta, kartof ya da bal ola bilər. Müəyyən bir müddət yalnız bu qidanın istehlak edilməsini təklif edirik. 30 gün boyunca tətbiq olunan bir müalicə ilə orqanizmdə  yığılmış toksiki  maddələr atılır. Xəstə kilo verdiyi, yəni arıqladığı üçün  bədən həcmi azalır. Bu səbəbdən damarlar əvvəlki quruluşuna dönməyə başlayır. Beləliklə, miqren tutmaları qalıcı olaraq keçib gedir. Bu müalicə üsulunu nizamlı olaraq reallaşdırdıqda yüzdə-yüz uğur qazanmaq mümkündür. 

Beyindəki sinirlər və qan damarlarında yaranan dəyişikliklər nəticəsində miqren xəstələrində şiddətli ağrılar  müşahidə edilir və həyat keyfiyyətini aşağı salır.  Buna görə müalicə planı xəstənin əlamətlərinə, sağlamlıq vəziyyətinə görə dəyişir. Gənc yaşda başlayan miqren yaşlandıqca daha da şiddətlənir, qidadan, stresdən asılı olaraq ağrılar daha da artır. Buna görə miqrenin müalicəsi xəstənin yaşına,ağrıların kəskinliyinə, sağlamlıq vəziyyətinə baxılaraq tətbiq olunur. 

Mütəmadi su içmək şərtdir

Miqren beyin damarlarındakı genişlənməyə bağlı olaraq yaranır. Buna səbəb də ağır metallar, toksinlər, bakteriyalar və parazitlərin yığılması və  damar diametrinin artmasıdır. Bu hal toxumalara ciddi zərər verir.  Çoxlu miqdarda acı  bibər, istiotlu qida qəbul edən adamın başının ağrımasının səbəbi də beyin damarlarının genişlənməsidir.  Buna görə tətbiq olunan su diyeti ilə toksin və bakteriyalar bədəndən atılır. Həkim nəzarətində diyetə davam etmək lazımdır.  Xəstənin gur işıqdan uzaq dayanmağı və yuxu nizamına diqqət yetirməsi də mütləqdir. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com

Dərc olunub: 10-12-2021