Mobil telefonlar kişilərin cinsi hüceyrələrini bişirir - Necə?


Araşdırma İsraildə aparılıb...

mobil-telefonlar-kisilerin-cinsi-huceyrelerini-bisirir
02.04.2019 00:22 1 dəq oxuma

Gün ərzində mobil telefonunu şalvarının cibində gəzdirən kişilərin 47 faizində spermatazoidlərin sayı azalır. Kişi cinsi orqanlarına (xayalar) yaxın yerə qoyulan mobil telefonlar övlad sahibi olmağı çətinləşdirir.

İsrailin Haifa Texniki Universitetində aparılan araşdırmaya görə, mobil telefonlar aktiv olan spermatazoidlərin sayını və keyfiyyətini azaldır. Buna səbəb, telefonlardakı elektromaqnitin fəaliyyətindən qaynaqlanan istiliyin çoxluğudur.

Araşdırma zamanı klinikaya müraciət edən 100-dən çox kişi nəzarət altına alınıb. Müəyyən olunub ki, həmin kişilər telefonlarını cinsiyyət orqanına yaxın yerə qoyur, telefonla naqilə taxılı olarkən danışır və gecə yatarkən mobil telefonlarını yatdıqları yerdən sadəcə bir neçə santimetr uzağa qoyurlar.

Xüsusilə Qərbdə kişilər arasında spermatazoidlərin keyfiyyətinin azalması aydın olub, cütlüklərin 40 faizində isə övlad sahibi olmaqla bağlı problemlər yaşanmaqdadır. Beləliklə, reproduktiv çoxalmanın azalmasıyla mobil telefondan çox istifadə etmək arasında əlaqənin olduğu aşkar edilib.

Firuzə Alimova / TurpKimi.com