Mobil telefonu yastığın altına qoyub yatmaq olarmış - Alimlərin təəccübləndirən cavabı


Deyilənə görə radiasiyası o dərəcədə güclü deyil...

mobil-telefonu-yastigin-altina-qoyub-yatmaq-olarmis
07.12.2024 00:35 1 dəq oxuma

Bir çox insanlar gecə yatarkən mobil telefonlarını çarpayısının yanına qoyur. Bəzən yandakı tumbanın üzərinə və ya yastığın altına qoyanlar da olur. Belə olan halda telefonun radiasiyasına məruz qalma riski varmı?

TurpKimi.com xəbər verir ki, bu suala cavab tapmaq üçün alimlər araşdırma aparıblar.

Tədqiqatçılar mobil telefondan istifadənin insan sağlamlığı üçün təhlükəsiz olduğu qənaətinə gəliblər. Çoxsaylı araşdırmalar göstərib ki, qadcetlər beyin və ya digər orqanların xərçənginə səbəb olmur.

Alimlər əminliklə qeyd ediblər ki, smartfonların radiasiya gücü DNT-də mutasiya və ya hər hansı dəyişikliyə səbəb olmaq üçün kifayət etmir.

Firuzə Alimova / TURPKİMİ.COM