Möcüzəvi sirkə nəyə yarayır? - Əsl vaxtıdır


Sirkə qədim zamanlardan bəri istifadə edilən ən etibarlı şəfa qaynağıdır.  Mikrobları qırır,  sağlamlıq üçün inanılmaz faydası var. 

mocuzevi-sirke-neye-yarayir
27.04.2019 23:00 2 dəq oxuma

Sirkəni bağça və bitkilərdə də istifadə edə bilərsiz.
TurpKimi.com sirkənin bağçanız üçün yararlı olacağı sahələri təqdim edir:

Qarışqaları uzaqlaşdırır
 

Bağçaya və bitkilərə dadanan qarışqalar hamını narahat edir. Sirkə ilə bunun qarşısını almaq mümkündür. Sirkəni sprey vasitəsilə qarışqaların olduğu yerə sürtün. Həmin sahələrə qarışqa yaxın durmayacaq. Bununla da həm qarışqalardan canınızı qurtaracaqsız,  həm də qarışqalara zərər verməyəcəksiz.

Dəvətsiz qonaqları əngəlləyin
 

İt, pişik də daxil olmaqla bütün gəmiricilər sirkənin qoxusundan qaçırlar.  Bağçanızın  və bitkilərin ətrafına ağ sirkə töksəniz, dəvətsiz qonaqlardan  uzaq durarsız.

Gil və ya saxsı qabları təmizləyin


 
1 stəkan sirkəyə ¾ stəkan su qatın. Gil qabları fırçanın köməkliyi ilə təmizləyin. Daha sonra eyni qarışığın içində  30 dəqiqə  gözlədin.

Zərərli otları və alaqları təmizləyir
 

Sirkədən istifadə edərək bağçanızda bitən yabani otlardan xilas ola bilərsiniz.  1 su stəkan sirkəyə yarım çay stəkanı duz əlavə edin və otların üstünə tökün.  Quruduqdan sonra torpağa qarışacaq və gübrə rolunu oynayacaq.

Çiçəklərin uzunömürlü olması üçün
 

Bir qabda 2 yemək qaşığı sirkə və 1 çay qaşığı şəkəri qarışdırın, bağçadakı çiçəklərin torpağına həftədə 1 dəfə səpələyin.

Azaliya, qardenya və meşəgülləri qəfldən açılır
 

Bu bitkilər asidi çox sevir. Həmin çiçəklərin anidən açmağını istəyirsinizsə, sirkədən istifadə edin.  250 ml sirkə ilə 4 litr suyu qarışdırın və sprey vasitəsilə  çiçəkləri sulayın.

Bitki göbələklərini və kifləri məhv edir

Bitkilərin göbələkdən və kifdən zərər gördüyünü düşünürsünüzsə, ağ sirkə sizə kömək edəcək.  Çobanyastığı çiçəyini dəmləyin və 2 çay qaşığı sirkə ilə qarışdırın.  Məlhəmi bitkilərə səpin.

Vüsalə Əlövsətqızı, TurpKimi.com