Mövsümi yorğunluqdan bu qidalarla xilas ola bilərsiniz - Enerjinin təbii qaynaqları


Mövsüm dəyişəndə insanların çoxunda yorğunluq, depressiya, yuxusuzluq və ya həddindən artıq çox yatmaq istəyi çox vaxt xəstəlik əlaməti kimi qiymətləndirilir. 

movsumi-yorgunluqdan-bu-qidalarla-xilas-ola-bilersiniz
24.09.2024 00:02 2 dəq oxuma

Lakin bu vəziyyətə düşməyinizin səbəbi hava dəyişkənliyi ola bilər.  Aparılan araşdırmalar mövsümi, fəsil dəyişkənliyinin psixologiyamız üzərində həm müsbət, həm də mənfi təsirlərinin olduğunu üzə çıxarıb. Hətta çoxlarında sentyabrın gəlməsi ilə mövsümi depressiya, yorğunluq problemləri baş qaldırır. Əslində heç bir narahatlığa ehtiyac yoxdur.   Sağlam və balanslı bəslənməklə, enerji dolu qidalarla bu problemin öhdəsindən asanlıqla gələ bilərsiniz.  

TurpKimi.com sizə bu haqda bilməli olduğunuz bəzi vacib məlumatları təqdim edir:

Hamımızın da bildiyi kimi işlənmiş qidalarda bol miqdarda qoruyucu maddə, qatqı maddəsi və trans yağ var. Bu zərərli elementlər sizə enerji vermək bir tərəfə olan enerjinizi də alıb aparır. Bu səbəbdən mütəxəssislər  təbii, təzə qidalardan istifadə etməyinizi təklif edir.

Qida nə qədər təzə olarsa, bir o qədər yaxşıdır. Tərəvəz və meyvələri mövsümündə yemək, ehtiyacınız olan enerjini yığmaq üçün ilk qaydadır. 

Qəhvə, çay, ya da qazlı içkilər… 

Bütün bunlar içdiyiniz zaman sizə enerji versə də, uzunmüddətli dayanıqlı deyil,   daha tez yorulmanıza səbəb olur. Bu cür içkilər yerinə özünüzə mövsümi yorğunluğa yaxşı təsir edəcək detoks suları hazırlaya bilərsiniz 

Toyuq, hind toyuğu, ya da balıq

Bu kimi qidalarda çoxlu miqdarda zülal var və az yağlıdırlar. Yorğunluğunuzu aparmaq üçün  vacib  qidalardır.

Rəfinə edilmiş şəkərdən və zərərli karbohidratlardan imtina etmək, bunların yerinə tam taxıllı qidalardan istifadə etmək  enerjinizi heç olmadığı qədər artıracaq.

Zəngin və sağlam yağ qaynağı olan çia toxumunda (chia-red) bol miqdarda lif var və super  enerji qaynağıdır. Xüsusilə idmanla məşğul olanların qida rasionunda mütləq olmalıdır. 

Aclıq və yorğunluqla mübarizə aparmaqda çərəzlər və meyvə qurularının rolu böyükdür.  Xüsusilə də çiy halda yeyilənlər ara paylar üçün bir növ möcüzəvi qida rolunu oynayır. 

Su bədəninizə enerji vermək üçün yetərli olmasa da yediyiniz qidaların enerjiyə çevrilməsinə kömək edir. Əlavə olaraq mövsümi yorğunluqla birlikdə  gələn baş ağrılarını da azaldır.

Kalium, lif, vitamin və karbohidrat baxımından zəngin olan banan möcüzəvi  təbii enerji qaynağıdır. Ara paylarda ürəklə istehlak edə bilərsiniz.

  Vüsalə Əlövsətqızı, TurpKimi.com