Mövsümünün yaraşığı balqabaqlı çizkek resepti - Bir dilimlə kifayətlənməyəssiz


Balqabaq çox faydalı tərəvəzdir. Qışda orqanizmi möhkəmlətməyin bir nömrəli dərmanıdır.  

movsumunun-yarasigi-balqabaqli-cizkek-resepti
25.09.2024 22:01 1 dəq oxuma

Möcüzəvi qidadan müxtəlif cür şirniyyatların hazırlanmasında da istifadə edilir.

TurpKimi.com balqabaq sevməyənlərin belə ləzzətinə heyran qalacağı balqabaqlı çizkek reseptini oxucularla bölüşür. 

Ərzaqlar:

Altı üçün:

200 qram yulaflı biskvit
100 qram kərə yağı

Pendirli hissəsi üçün:

400 qram labne pendiri
1 su stəkanı şəkər tozu
3 ədəd yumurta
1 qutu qaymaq
1 yemək qaşığı un
1 paket vanilin

Sousu üçün:

400 qram balqabaq
1 su stəkanı şəkər tozu
1 paket vanilin

  Alt hissəsi, yəni döşəmə üçün: Biskvitləri rondodan keçirib un halına gətirin. Kərə yağını əridin və biskvitlərin üzərinə əlavə edib qarışdırın. Keks qəlibinə tökün. 

Pendirli hissə üçün: Labne pendirini və şəkəri hamar olana qədər çırpın. Yumurtaları tək-tək əlavə edib çırpmağa davam edin. Qaymağı, unu və vanili əlavə edib qarışdırın.

Balqabaq sousu üçün: Balqabaqları rəndələyin. Bir qazana tökün və üzərinə şəkər, vanilin əlavə edib orta atəşdə bişirin. Püre halına gələnə qədər qarışdırın. Soyumağa qoyun.

Pendirli qarışığı alt hissənin üzərinə tökün. Balqabağı sousunu üzərinə gəzdirin.

Əvvəldən isidilmiş 170 dərəcə sobada 45-50 dəqiqə bişirin. Sobadan çıxarıb otaq temperaturunda  soyudun. Soyuducuda ən az 4 saat saxladıqdan  sonra xidmət edin.

Nuş olsun!

Vüsalə Əlövsətqızı, TurpKimi.com