İkili münasibətlərdə mübahisə qaçınılmazdır. Ancaq doğru ünsiyyət və mübahisə üsulları sayəsində həm həll yollarını daha rahat tapa, həm də münasibətlərinizin zədələnməsindən qoruna bilərsiniz.
Sağlam mübahisə, doğru müzakirə necə olur?
TurpKimi.com mütəxəssislərin mübahisə etməyin düzgün yolları haqda maraqlı fikirlərini oxucularla bölüşür.
Hər ailədə və ya münasibətlərdə zaman-zaman anlaşılmazlıqlar və mübahisə yaşana bilər, bu olduqca təbiidir. Ancaq problemləri Qordi düyününə çevrilməmiş, düzgün üslüb qurmaqla həll etmək lazımdır.
Cütlüklər arasında yaşanan qarşıdurmalar doğru idarə olunduqda əlaqələrinizin daha sağlam və güclü qurulmasına kömək edər.
Burada əsas məsələ duyğuları və düşüncələri açıq ifadə edə bilməkdir. Sən demə, mübahisə etməyin də düzgün taktikaları varmış:
1. Doğru Zamanı və yeri seçin
Mübahisənin zamanı olduqca əhəmiyyətlidir. Hər iki tərəfin də sakit olduğu, xarici faktorların olmadığı bir zaman və mühit seçin. Cəmiyyət içində və ya stress altında edilən mübahisə həlli çətinləşdirə bilər.
2. Problemə fokuslanın, adama deyil
Mübahisə əsnasında fərdə deyil, problemə fokuslanmaq əhəmiyyətlidir. "Sən həmişə beləsən" kimi ifadələrdən qaçının; "Bu vəziyyəti birlikdə necə həll edə bilərik?" kimi həll mərkəzli yanaşma daha yaxşıdır.
3."Mən" dilindən istifadə edin
Ünsiyyətdə "sən" yerinə "mən" dilindən istifadə edərək qarşı tərəfə necə hiss etdiyinizi çatdıra bilərsiniz. "Sən məni dinləmirsən" demək yerinə, "Özümü dinlənmirmiş kimi hiss edirəm" demək daha sağlam ünsiyyət qurmağa təhrik edər və müdafiə etmə mexanizmini tətikləməz.
4. Dinləməyi bacarın
Sağlam mübahisə yalnız danışmaq deyil, qarşı tərəfi diqqətlə dinləmək də çox əhəmiyyətlidir. Qarşı tərəfin duyğu və düşüncələrini anlamaq üçün onun cümləsini kəsmədən dinləyin. Göz təması qurmaq və başı ilə təsdiqləmək kimi kiçik detallar ona dəyər verdiyinizi göstərər.
5. Münasibət bildirin
Qarşı tərəfin söylədiklərini doğru anlayıb-anlamadığınıza nəzarət edin. "Başa düşdüyüm qədərilə sən bu vəziyyətdən narahat olmusan. Doğrudurmu?" kimi sual, səhv başa düşülmələri ortadan qaldıra bilər və həll müddətini asanlaşdırar.
6. Sərt tənqidə keçməyin, iradlarınızı yumşaq tərzdə çatdırın
Tənqidlərinizi yumşaq dildə ifadə edin. Bir mövzunu gündəmə gətirərkən əvvəl müsbət şərh edib, ardından problemli nöqtələrə toxunun. Bu hərəkət partnyorunuzun özünü daha yaxşı hiss etməsinə kömək olar.
7.Üzr istəməkdən çəkinməyin
Səhv edərkən üzr istəmək mübahisəni yumşalda bilər. Üzr istəmək səmimi və dürüst münasibət sərgilədiyinizi göstərər.
8. Güzəştcil və anlayışlı olun
Hər iki tərəfin də özünə görə haqlı səbəbləri ola bilər. Bu anlaşılmazlıqları həll etmək üçün güzəştcil olmağı bacarın. Partnyorunuzun dünyagörüşünə hörmətlə yanaşaraq onun da fikirlərinə dəyər verdiyinizi hiss etdirin.
9.Həlledici yanaşma tərzi sərgiləyin
Mübahisənin sonunda orta yolu tapmaq əhəmiyyətlidir. Problemlərə müsbət yanaşma həm əlaqənizin güclənməsini, həm də qarşılıqlı güvənin artmasını təmin edər.
10. Mübahisəni müsbət şəkildə sonlandırın
Mübahisəni müsbət bir şeylər söyləyərək və ya şəfqət göstərərək sonlandırmaq əlaqənizin sağlam qalmasını təmin edər. Kiçik bir toxunuş, ya da dəstəkləyici söz aranızdakı bağı gücləndirəcək.
Münasibətlərdə doğru mübahisə üsulları seçməyin faydaları
Qarşılıqlı anlayış: Empatiya və hörmət ilə ailə bağları güclənər.
Daha güclü ünsiyyət: Doğru müzakirə üsulları əlaqənizdəki ünsiyyətin keyfiyyətini artırar.
Romantik dəstək: Sağlam mübahisə mühiti qarşılıqlı olaraq güvən və sevgi təmin edər.
Güclənən bağlar: Mübahisə və müzakirələr əlaqənin möhkəmlənməsinə və bağların qüvvətlənməsinə qatqı təmin edər.
Vüsalə Əlövsətqızı,TurpKimi.com