Çayınızı hər zaman mürəbbə ilə için...
Albalı mürəbbəsi sinəni yumşaldır, beli isti saxlayır, bel ağrılarını sakitləşdirir.
Alma mürəbbəsi ürəkbulanmaya qarşı yaxşıdır, ürək və mədəni möhkəmləndirir.
Badam mürəbbəsi öskürəyə qarşı çox yaxşıdır.
Qarpız mürəbbəsi qorxu və vasvasılıq, sinə ağrısı, mədə zəifliyinə qarşı və həzmi yaxşılaşdırmaq üçün işlədilir.
Qoz mürəbbəsi bel ağrısı və əsəbə qarşı faydalıdır. Qoz mürəbbəsi bədəni qüvvətləndirir.
Zəncəfil mürəbbəsi sidikqovucu təsirə malikdir, mədə, böyrək və sidik kisəsini isti saxlayır, bəlğəmə qarşı faydalıdır.
Kəklikotu çiçəyinin mürəbbəsi beyni və zehni qüvvətləndirir, üzün rəngini yaxşılaşdırır, zökəm, ciyər və mədə soyuqluğu, bətn ağrıları hallarında işlədilir.
Yerkökü mürəbbəsi səsi və ağ ciyəri təmizləyir, öskürəyi kəsmək və qara ciyər üçün faydalıdır, həzmə kömək edir, mədənin fəaliyyətini gücləndirir.
Naringi və limon mürəbbəsi ödü sakitləşdirir, mədə və ürəyi möhkəmləndirir.
Püstə mürəbbəsi ürək, mədə, qara ciyər və beyni möhkəmləndirir.
Heyva mürəbbəsi həzm üçün münasibdir, ürəkbulanma və ishala qarşı təsirlidir.
Balqabaq mürəbbəsi bədəni kökəldir, qəbizlik zamanı münasibdir. Daxili orqanları möhkəmləndirir. Şəkər ilə hazırlandıqda təmiz qan yaradır, sinə ağrısı, öskürək, mədə və ciyər zəifliyi, sidik yollarının tutulması zamanı faydalıdır. Beynin fəaliyyətini qüvvətləndirir.
Firuzə Alimova / TurpKimi.com