Mütəxəssislər açıqladı! - Soyuq su ilə duş almaq orqanizmdə nələri dəyişdirir?


İnsanlar əsrlərdir ki, hidroterapiyadan istifadə edirlər.

mutexessisler-aciqladi
27.04.2022 19:30 3 dəq oxuma

Hidroterapiya, suyun fərqli formalarından müalicə üsulu kimi  istifadə edilməsi deməkdir. Hidroterapiya mütləq mütəxəssis nəzarətində aparılmalıdır. Ancaq ev şəraitində soyuq duş almağın faydalı xüsusiyyətlərindən yararlanmaq mümkündür. 

TurpKimi.com soyuq duş almağın orqanizm üçün olan faydalarından yazacaq. 

1. Qan dövranını yaxşılaşdırar və əzələ ağrılarını azaldar

Soyuq suyun altına girən kimi bədəniniz istiliyini qoruya bilmək üçün qan axınını sürətləndirməyə başlayır. Bu da əzələlərin daha aktiv olmasına kömək edir. İdmançıların çoxu duş alarkən soyuq sudan istifadə edir.Çünki bu şəkildə bədən sürətlə özünə gəlir. Bədənimiz zədə aldıqda buzdan istifadə etməyimizin bir səbəbi də budur. Buz  qan axımını sürətləndirərək orqanizmə daha çox oksigen daxil olmasına kömək edir. Ona görə də ağır məşqdən sonra soyuq duş alaraq orqanizminizi  sürətlə özünə gətirə bilərsiniz. 

2. Dəridə qaşıntını azaldar

Quru dərisi olanlar,  ya da eqzema kimi dəri problemi olanlar  isti bir duşdan sonra qaşınmağa başlayırlar. Bununla mübarizənin ən təsirli yolu suyun istiliyini mümkün olduqca aşağı salmaqdır. Su istiliyi azaldıqca qaşınma dərhal keçəcək.  Həssas bir dəriniz varsa,  duşdan sonra bədəninizi nəmləndirməyi unutmayın. 

3. Maddələr mübadiləsini tarazlayar

Araşdırmalara görə, həftədə 2 - 3 gün soyuq duş almaq maddələr mübadiləsini tarazlayır.  Təbii ki, yalnız soyuq su ilə  duş alaraq arıqlaya bilməzsiniz.  Əvvəlcə həyat tərzinizdə bəzi dəyişikliklər etmək lazımdır.
Soyuq duş bəzi hormon səviyyəsini tarazlayaraq  qastrointestinal sistemə də təsir edir. Soyuq duş tətbiqini balanslı bir diyetlə birləşdirdikdə çəki verməyiniz asanlaşa bilər.

4. Stressi azaldar və zehni sağlamlığa yaxşı təsir edər

Soyuq su endorfinin ifraz olunmasına səbəb olar. Bu da bizi daha enerjili və xoşbəxt hiss etdirər. Kliniki təcrübələrdə depressiya ilə mübarizə aparanların həftədə 2-3 dəfə 5 dəqiqəlik soyuq duşdan sonra  depressiya simptomlarının azaldığı təsbit edilib. Siz də enerjinizi yüksəltmək istəyirsinizsə, həftədə yalnız 2-3 dəfə soyuq duş almaqla bədəninizi və zehninizi rahatlada bilərsiniz.

5. İmmunitet sistemini gücləndirər

Soyuq duş almaq orqanizmi mövsümi soyuqdəymə və qrip infeksiyalarına qarşı daha güclü edir. Aparılan  kliniki təcrübələrə əsasən, soyuq duş alan şəxslərdə bu xəstəliklərə tutulma nisbəti 29 faiz aşağıdır. 

Çox isti su ilə  duş almağın zərərləri

Xüsusilə soyuq qış aylarında isti bir duşun verdiyi xoşbəxtliyi heç nə ilə müqayisə etmək olmur. Ancaq çox isti su ilə  duş almağın bəzi mənfi tərəfləri  ola bilər:

 İsti su keratin hüceyrələrinə zərər verərək dərinizi quruda bilər. Dəriniz quruduğu üçün asanca aşınar qaşınma verə bilər.  

Dəri xəstəliklərini daha pisləşdirə bilər: Yüksək istilik eqzema və qara nöqtələr kimi dəri problemləri simptomlarını daha da pisləşdirə bilər.

Saçınıza zərər verə bilər: Keratin hüceyrələri yalnız bədəninizdə deyil,  saçınızda da ola bilər. İsti su isə keratinin azalmasına gətirib çıxararaq saç tökülmələrinə səbəb olar. 

Vüsalə Əlövsətqızı, TurpKimi.com