Mütəxəssislər xəbərdarlıq edir - Uşaqlara stress oyuncağı almayın!


Psixoloji problemlər yaradan oyuncaqlar hansılardır?

mutexessisler-xeberdarliq-edirusaqlariniza-stress-oyuncagi-almayin
29.03.2019 23:51 2 dəq oxuma

Son dövrlər valideynlər tərəfindən çox alınan stress oyuncaqları uşaqları sosiallaşmaqdan uzaqlaşdıraraq gələcək həyatlarına mənfi təsir göstərir.

Bir çox valideyn işdəki yorğunluqdan sonra evdə dincəlməyə çalışır və bu zaman uşaqlara tablet, kompüter, mobil telefon verərək onları texnologiya ilə baş-başa qoyurlar. Qapalı mühitdə texnoloji vasitələrdən istifadə edərək vaxt keçirən uşaqlarda stress artır. Son zamanlar demək olar ki, hər uşağın əlində görünməyə başlayan stress oyuncaqlarının çox alınması da bu səbəbdəndir.

Psixoloji problemlər yaradır

Bir insan üçün hazırlanan və bir nəfərdən başqa kimsənin oynaya bilməyəcəyi bu oyuncaqlarla keçirilən vaxt çox ziyandır. Belə getsə, gələcəkdə uşaqlar arasında münasibət qurmaq problemləri yaranacaq və bu, diqqət əksikliyi kimi çox vacib problemlərə gətirib çıxaracaq.

Əvvəllər uşaqlar daha çox çölə çıxıb oynayardı. Lakin indiki uşaqlara baxanda onların çölə çıxıb oynamaları çox çətinləşib. Qapalı mühitdə qalırlar, ailələri isə tez-tez çölə çıxmalarına icazə vermir. Hətta keçmişdə bütün uşaqların birlikdə oynadığı qaçdı-tutdu, gizlənpaç, ortada qaldı, 7 şüşə kimi oyunları yeni nəsil oynaya bilmir. Bu kimi oyunlar uşaqlarda bir çox şeylərin inkişafı səbəb olurdusa, indiki uşaqlar bunları oynaya bilmədikləri üçün onlarda diqqət əksikliyi və aktivliklərində pozulmalar olur.

Ona görə də mütəxəssislər stress topu, stress çarxı, slime kimi ləvazimatların stresdən uzaqlaşdırma və insanı rahatlaşdırma kimi özəlliklərinin olmadığına diqqət çəkir. Həmçinin bildirirlər ki, uşaqlar stresə nəzarət etməyi öyrənməsələr, gələcəkdə ciddi sıxıntılarla qarşılaşa bilərlər.

Firuzə Alimova / TurpKimi.com