Namazın sağlamlığa 8 FAYDASI


Namaz, onu qılan bəndəsinin sağlamlığına da təsir edir.

namazin-saglamliga-8-faydasi
13.06.2019 22:21 2 dəq oxuma

İslamın sağlamlığa verdiyi dəyəri heç bir din və düşüncə verməmişdir. İslam ibadətlərin ən üstünü olan namazı ömrün sonuna qədər qılmağı əmr etmişdir. Əlbəttə, namaz qılan şəxs təkcə, mənəvi hüzur tapmır, həm də  sağlamlıq üçün olan faydalara qovuşur. Namazın sağlamlıq üçün faydaları isə bunlardır:

1 – Namazda edilən hərəkətlər yavaş olduğundan ürəyi yormaz və günün müxtəlif saatlarında təkrarlandığı üçün insanı daim rahatladar.

2 – Gündə başını 80 dəfə yerə qoyan bir insanın beyninə termik olaraq daha çox qan gedər. Ona görə də namaz qılanlarda beyin hüceyrələri yaxşı qidalandığından yaddaş pozulmalarına çox az rast gəlinir. Bu insanlar daha sağlam həyat yaşayırlar.

3 – Namaz qılanların gözləri müntəzəm olaraq əyilib qalxmaqdan daha qüvvətli qan dövranına malik olur. Ona görə də gözdaxili təzyiqdə artım olmur və gözün ön hissəsindəki maye müntəzəm olaraq yenilənir. Bu da gözü katarakt və ya qara su xəstəliyindən qoruyur.

4 – Namaz qılarkən edilən izometrik hərəkətlər mədədə qidaların yaxşı qarışmasına, öd kisəsinin asan axmasına, orda yığıntının qalmamasına, mədəaltı vəzdəki fermentlərin asanlıqla boşalmasına kömək edir. Qəbizliyin qarşısını almaqda böyük rol oynayır. Böyrək və sidik yolları yaxşı çalxalandığından böyrəklərdə daşın yaranmasının qarşısını alır və sidiyin tam boşalmasına kömək edir.

5 – 5 vaxt namazdakı ritmik hərəkətlər gündəlik həyatda hərəkət etdirilməyən əzələ və sümükləri işlədərək, artroz və duzlaşma kimi sümük xəstəliklərinin, əzələ sıxılmalarının qarşısını alır.

6 – Bədənin sağlamlığı üçün təmizlik mütləq lazımdır. Abdest və qüsul həm maddi, həm də mənəvi təmizlikdir. Belə ki həm bədən, həm də mənəvi təmizlik olmadan namaz olmaz. Abdest və qüsul bədənin təmizliyini qoruyub saxlayır. İbadət borcunu yerinə yetirən bir insan ruhən rahatlanmış və təmizlənmiş olur.

7 – Müəyyən vaxtlarda edilən bədən hərəkətləri sağlamlıq üçün çox vacibdir. Odur ki namaz qan dövranını təzələmək və tənəffüsü canlandırmaq üçün ən gözəl vaxtlarda qılınır.

8 – Namaz yuxunu nizamlayır. Səcdə hərəkətiylə bədəndə toplanan statik elektriklənmə yerə, torpağa toxunmaqla yox olur. Beləliklə, bədən əvvəlki canlılığını bərpa etmiş olur.

Firuzə Alimova / TurpKimi.com