NASA da tövsiyyə edir - Evin havasını təmizləyən 9 BİTKİ


Bu bitkilər uzun müddət qapalı məkanda qaldıqda havanı daha da təmizləyir...

nasa-da-tovsiyye-edir
07.06.2022 00:07 2 dəq oxuma

Vaxtımızın çox hissəsini qapalı məkanlarda keçirdiyimiz üçün nəfəs aldığımız havanın keyfiyyəti olduqca vacibdir. Qapalı məkanlarda olan bakteriya, kif və toz ətrafımızda dolaşaraq bizi zəhərləyir.

TurpKimi.com bildirir ki, NASA kosmik stansiyalar və digər məkanlar üçün effektiv və qənaətcil hava təmizləmə metodu olaraq bitkilər üzərində araşdırma aparıb. NASA-nın siyahısında yer alan havanı təmizləyən bitkilərin siyahısını təqdim edirik:

BENJAMİN

Nə qədər böyük qabda əksəniz, o qədər böyüyüb ağac boyda ola bilirlər. Yaz-yay aylarında çöldə də qala bilirlər. Evin içində olarkən havasını təmizləyir, karbon di-oksidi isə udur.

SEVGİ NƏRDİVANI

Bu bitki evə oksigen verir. Həmçinin torpağının turşunu udmaq xüsusiyyəti vardır. Evlərdə daha çox dekorativ bitki kimi istifadə olunan bu çiçək sağlamlıq üçün çox faydalıdır. Sıx və kiçik yarpaqları havanı təmizləyir.

PAŞA QILINC

Susuzluğa dayanıqlı olduğu üçün qulluq etmək asandır. Bu bitkini sərin və işıqlı yerdə saxlasanız bütün gecə boyu oksigen buraxacaq.

SALON SARMAŞIĞI

Havadakı çirkli qazları yox etmək üçün ən gözəl bitkilərdən biridir. Salon sarmaşığı evin divar səthini tamamilə örtə bilər.

XRİZANTEMA

Evə rəng qatan çiçəklərdən biri olan xrizantema havadakı kimyəvi maddələri təmizləyir. Xoş qoxusu və rəngarəng çiçəkləri ilə sevilən bitkilərdəndir.

DREKANA

Evində it və ya pişik saxlayanlar bu bitkini seçməkdən vaz keçməlidir. Çünki ev heyvanı bu bitkini yeyərsə, zəhərlənə bilər. Uzun müddət qapalı məkanda qaldıqda yaranan çirkli havanı və qazı təmizləyir.

SÜLH ÇİÇƏYİ

Parlaq yarpaqları, zərif ağ çiçəkləri olan, çox vaxt dekorativ məqsədlər üçün saxlanılan bir bitkidir. Havada olan 5 kimyəvi maddənin hamısının (benzol, formaldehid, trikloretinel, ksiln, ammonyak) təmizlənməsində mühüm rol oynayır.

FLAMİNQO ÇİÇƏYİ

Havadakı ammonyakın təmizlənməsində çox təsirlidir. Həmçinin formaldehid və ksileni udur.

LENT BİTKİSİ

Havadakı ammonyakı təmizləyir, formaldehid və ksileni udur.

Firuzə Alimova / TurpKimi.com