Amerika Milli Aviasiya və Kosmos Dairəsinin (NASA) işçisi, alim Fionnghuala O'Reilly İrlandiyanın 2019-cu il üçün gözəli seçildi.
TurpKimi.com xəbər veriri ki, 28 nəfər arasında aparılan yarışmada alim 1-ci yeri tutub.
İrlandiyanın paytaxtı Dublində yaşayan gənc alim proqramçı və model olan 25 yaşlı Fionnghuala O'Reilly tacını 2018-ci il üzrə İrlandiya gözəli Grinne Gallanaghdan alıb.
70 min Avro mükafat
O'Reilly 70 min avro dəyərində mükafat alıb. O, ölkəsini Miss Universe-də təmsil edəcək. Yarışmada birinciliyi əldə edən O'Reilly ölkəsində xeyriyyəçi şəxs kimi tanınır.
Gələcək planlarından danışan O'Reilly "Elm sahəsində işləyən xanımların sayını artırmaq istəyirəm. Qadınların hər sahədə müvəffəqiyyətli olmasını istəyirəm" deyib.
Vüsalə Əlövsətqızı, TurpKimi.com