Nazirlər Kabineti 8 Marta görə bu qərara dəyişiklik etdi


Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 9 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

nazirler-kabineti-8-marta-gore-bu-qerara-deyisiklik-etdi
03.03.2021 22:34 1 dəq oxuma

Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 9 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılacaq.

TurpKimi.com xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarında müvafiq dəyişiklik edib.

Xatırladaq ki, bundan öncə "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərara əsasən, Azərbaycan ərazisində 6 mart saat 00:00-dan 8 mart saat 06:00-dək ictimai nəqliyyatın hərəkəti dayandırılmalı idi.

Qeyd edək ki, 8 mart Qadınlar günü iş günü olmayan bayram günüdür.

TurpKimi.com