Nazirlər Kabinetindən karantin rejimi ilə bağlı yeni qərar


Nazirlər Kabineti karantin rejimi ilə bağlı qərarlar qəbul edib.

nazirler-kabinetinden-karantin-rejimi-ile-bagli-yeni-qerar
22.01.2022 17:38 1 dəq oxuma

Nazirlər Kabinetindən verilən məlumata görə, qərarlara əsasən:
 
 - Laboratoriya testinin nəticəsi pozitiv olan xəstələrin, həmçinin onlarla təmasda olan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcrid olunma müddəti 14 gündən 7 günə azaldılıb.

- COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikat şəxsin pozitiv PZR test nəticəsi tarixindən 7 gün (əvvəl 14 gün) sonra veriləcək.

- Xəstəlik əlaməti olan işçinin laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməsi zərurəti aradan qaldırılır.

Qeyd edilib ki, karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan müayinələrin nəticəsi neqativ olduqda, karantin müddəti başa çatmış hesab edilməsi, həmçinin karantin nəzarətinin müddəti başa çatdığı vaxt aparılan sonuncu laboratoriya müayinəsinin nəticələri əldə olunana qədər karantin nəzarətinə götürülmüş şəxsin yaşadığı və ya olduğu yeri tərk etməsi qadağası ləğv edilir.

TurpKimi.com