Nazirlikdən virusla bağlı çağırış


Azərbaycanda ümumi təhsil müəssisələrində 5 günlük qış (27-31 yanvar) tətili başa çatmaq üzrədir.

nazirlikden-virusla-bagli-cagiris
31.01.2023 13:21 1 dəq oxuma

Qış tətilindən sonra ümumi təhsil müəssisələrində ilk iş günü 1 fevral 2023-cü il tarixidir.

Bu qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.

Məktəblərin qış tətili başa çatdığı bir vaxtda ölkədə geniş yayılan və kütləvi yoluxma ilə nəticələnən influenza narahatlıq doğrur. Nəzərə almaq lazımdır ki, adı çəkilən virusa uşaqların yoluxması daha tez qeydə alınır. Qış tətilinin başa çatmasından azyaşlılar arasında virusun daha yayılma riski mövcuddur.

Bu vəziyyətdə həm validyenlər, həm də məktəb rəhbərliyinin qarşısında öhdəliklər dayanır. Yaranmış vəziyyətlə bağlı Elm və Təhsil Nazirliyinə müraciət etdik. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov BAKU.WS-ə bildirib ki, əgər hər hansı şagird xəstədirsə, onun ev şəraitində müalicəsi aparılmalıdır:

"Kəskin resperator xəstəliklərin çoxaldığı vaxtda bu başa düşüləndir və üzrlü səbəbdir. Əsas məsələ şagirdlərin sağlamlığıdır. Əgər hər hansı şagird qripə və ya yolxucu xəstəliyə tutulubsa, onun evdə qalması və müəlicəsini davam etdirməsi vacibdir. Bu şagirdlərin məktəblərə getməsinə ehtiyac yoxdur.

Biz bu məsələdə valideynlərə tövsiyyəmiz də budur ki, övladlarını qızdırmalı və ya xəstə halda məktəblərə göndərməsinlər. Əgər xəstə halda şagirdlərə məktəbə gəlirsə, təhsil ocağının rəhbərliyi bununla bağlı qərar qəbul etməlidir. Bununa bağlı məktəblərdə qaydalar və müvafiq qərarlar da mövcudur".