Nə edək ki, oynaqlar ağrımasın? - 3 sadə qayda


Oynaqların ağrımaması üçün nə etmək lazımdır? Həkim üç sadə qaydanı tövsiyə etdi

ne-edek-ki-oynaqlar-agrimasin
20.05.2025 17:19 1 dəq oxuma

Ortoped Süleymanov: "Kartofun tez-tez qəbulu oynaqlara zərər verir"

Heç bir pəhriz və ya rasiondakı tək bir məhsul oynaqları aşınma və xəstəliklərdən tam qoruyub saxlaya bilməz. TurpKimi.com lenta.ru-ya istinadla bildirir ki, bu fikri tibb elmləri namizədi, travmatoloq-ortoped, "UNI Klinik" tibb mərkəzinin həkimi Rüstəm Süleymanov bildirib. Onun sözlərinə görə, oynaqların uzun müddət sağlam qalması və ağrımaması üçün üç sadə qaydaya əməl etmək kifayətdir:

Oynaqlara normal və ölçülü yük vermək. Yük çox olduqda bu, oynağın dağılmasına səbəb ola bilər.

Artıq çəkidən qurtulmaq. Bədən çəkisinin artması oynaqlar üzərində təzyiqi artırır və onların zədələnməsinə gətirib çıxarır.

Zədələnmələrdən qaçınmaq. Travmalar, xüsusilə də hialin qığırdağa ziyan vurur ki, bu da ciddi nəticələr doğura bilər.

Həkim əlavə edib ki, bəzi qidaların tez-tez qəbulu da oynaqlardakı hialin qığırdaqda mənfi dəyişikliklərə səbəb ola bilər.

“Belə məhsullardan biri kartofdur. Davamlı istifadə edildikdə hialin qığırdaq daha çox zərər görür,” – deyə Süleymanov xəbərdarlıq edib.

Bundan əvvəl isə qastroenteroloq və qeriatriya mütəxəssisi Yelena Pavlova xəbərdarlıq edib ki, hisə verilmiş məhsullar və duzu çox olan qidalar oynaqlarda şişkinliyi artırır. Onun sözlərinə görə, şəkər də bağların elastikliyini pozur.

Vüsalə Əlövsətqızı, TurpKimi.com