Nə işə yaradıqlarını öyrənəndə təəccüblənəcəksiniz


Səbəbi uzaq keçmişə dayanan maraqlı məlumatlar...

ne-ise-yaradiqlarini-oyrenende-teeccubleneceksiniz
11.12.2021 14:18 2 dəq oxuma

Gündəlik həyatda qarşımıza çıxan bu şeylərin məqsədinin nə olduğunu bilirdiniz?

Elə isə, TurpKimi.com diqqət etmədiyiniz maraqlı məlumatları diqqətinozə çatdırır:

1 – Qəpik pulların kənarlarındakı çıxıntılar 16-cı əsrdə ortaya çıxıb. Həmin dövrlərdə insanlar pulların kənarlarını qazıb daha çox pul düzəltməyə çalışırdılar. Bunun qarşısını almaq üçün kənarları çıxıntılı olan qəpik pullar istehsal etməyə başladılar və həmin izlər üzərində hər hansı cızma işlərinin aparılıb-aparılmadığını aydınlaşdırırdı. Artıq bu hiylədən kimsə istifadə etməsə də, günümüzdə qəpik pullar hələ də bu cür hazırlanır.

2 – Dəftərlərdəki qırmızı xətt heç də müəllimlər üçün qoyulmayıb. Təəccüblənəcəksiniz, amma həmin yer kitab, kağız yeməyi sevən siçanlar üçün qoyulub. Belə ki, o zamanlar gəmiricilərin kağızla birlikdə əhəmiyyətli məlumatlalrı yeməmələri və ləvazimatın zərər görməsini minimuma edirmək üçün kənarlarda boş yer saxlanılıb. 

3 – Yarımçıq kəmərlər bir çox plaş, palto və pencəyin arxasında var. Bu kəmərlər  yüz illər əvvəl əsgərlərin geyimlərində istifadə olunub. Həmin vaxtlar palto və ya üst geyimləri çox geniş olurdu və gecələr həmin karımçıq kəmərlər çıxarılaraq onlardan yorğan kimi istifadə olunurdu. Üzərindən uzun illər keçməsinə baxmayaraq, həmin yarımçıq kəmərlər geyimlərdə qalmaqdadır.

4 – Niyə smitlərdə dəliyin olduğunu heç düşünmüsünüz? 100 il bundan əvvəl bişirilməyə başlanan bu şirniyyatın ilk vaxtlar orta hissəsi çiy qalırdı. Orta hissəsi çətin bişdiyi üçün dəlik açılması fikri ortaya çıxıb.

5 – Gün eynəkləri ilk olaraq qütblərdə yaşayan insanlar tərəfindən gözləri qar fırtınalarından qorumaq üçün hazırlanıb. Daha sonra 12-ci əsrdə Çində insanlar duyğularını gizlətmək üçün istifadə etməyə başlamışdır.

6 – Bir çox insan dırnaqla dəri arasındakı dırnaq ətlərini manikür edərkən kəsib götürür. Dərinin bu kiçik hissəsi əslində dırnaqları infeksiyalara qarşı qoruduğu üçün ordadır. Onları kəsdiyiniz zaman açılan yaradan göbələk və infeksiya düşmə riskiniz artır.

Firuzə Alimova / TurpKimi.com

Dərc olunub: 04-06-2021