Modelyer və stilist David Zyla qarderobun müxtəlif rəng və geyimlərlə dolu olmasının adamı daha yaxşı və özündən əmin hiss etdirdiyini açıqlayıb.
TurpKimi.com xəbər verir ki, psixoloqlara görə ən sevdiyiniz rəng sizi ətrafınızdakı insanların gözündə necə xarakterizə etdiyini göstərir.
Modelyer və stilist Karen Hallerə görə, qara ciddiyə alınan bir rəngdir.
Həqiqətən də psixologiya sahəsindəki araşdırmalara görə, qara rəng başqaları tərəfindən prestij, güc, ciddilik və zəkanın bir göstəricisidir. Qara paltar geyməyi seçən insanlar iddialı, məqsədli və eyni zamanda həssasdır. Ümumiyyətlə, onu gizlətməyə çalışdıqları halda, romantik və asan həyəcanlanan tiplərdir.
Qəhvəyi rəngdə geyən insanlar ətrafdakı insanlar tərəfindən etibarlı və qərarlı şəxs kimi başa düşülürlər.
Qəhvəyi rəngdə geyinməyi sevən insanlar bir az mühafizəkar, böyüklərinə hörmət göstərən və hər vaxt hər şeydə sülh, sabitlik və güc axtararlar. Qəhvəyi rəngdə paltarlı bir qız və ya qəhvəyi rəngli pencəkli adam etibarlı, ağıllı və şüurlu bir insan təəssüratı yaradır.
Mavi
Jurnalist və psixoloq Lisa Johnson Mandell mavi rəngin reportaj üçün ən yaxşı rəng olduğunu, çünki güvən və etibarlılıq gətirdiyini qeyd edib.
"British Columbia" Universitetindəki alimlər rəngin təsiri haqqında etdiyi araşdırmalarda mavinin və mavi tonlarının sakitləşdirici rolu olduğunu üzə çıxardıblar.
Yaşıl
Amsterdam Universitetinin alimləri yaşıl rəngin sizə və ətrafınızdakılara yaxşı təsir edəcəyini sübut ediblər. Yaşılı seçənlər aktiv, sosial, fəal, daim yaxşı bir bölgədə yaşayarlar və qərarlıdırlar. Eyni zamanda diqqətli, nəzakətli və yumşaq bir ürəyə sahibdirlər.
Qırmızı
Qırmızı tutqunun və gücün rəngidir. Birini razı salacaqsınızsa, ya da təsir edəcəksinizsə, bu rəngi seçməlisiniz. İtalyan kişi geyim markası “Eredi Pisano”nun meneceri Kenny Frimpong bu fikirdədir.
Rochester Universitetinin psixoloqları kişilərin yaqut rəng tonu geyən qadınlara daha çox maraq göstərdiyini üzə çıxardıb.
Sarı
Mütəxəssislər geyimdəki sarı tonların aktiv, yaradıcı və həddindən artıq bir şeyə və ya bir kəsə bağlı insanlar tərəfindən sıxlıqla istifadə edildiyini üzə çıxardıblar. Sarıdan sıx istifadə edənlər kəşf və fəth etməyə hazır, parlaq xəyalpərəstlər və macəraçıdırlar.
Bənövşəyi
Keçmişdə bənövşəyi rəng zənginlik və yüksək cəmiyyətin rəngi idi. Təcrübəli, sərvət və lüks mənasını verirdi. Kleopatra bənövşəyi rəngə vurğun idi. O zamanlarda yalnız zənginlər bu cür bənövşəyi tonları geyməyi gözə ala bilərdi.
İndiki vaxtda bənövşəyi rəng, yaradıcılıq və sənət sevgisini təmsil edir.
Yazılıb: 11.05.2021-ci ildə...
Vüsalə Əlövsətqızı, TurpKimi.com