Sümüklərimizin əridiyini necə müəyyən edə bilərik?!
Yadınıza salın sizin yaxınlarınız arasında yaşlı kimsədə tez-tez sümük problemləri olurmu? Əgər varsa, dərhal osteoporozun inkişafının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməyə başlamalısınız.
Osteoporoz xəstəliyindən daha çox uzunboylu incə, sarı saçlı və sarı dərili qadınlar əziyyət çəkirlər. Həmçinin iris olaraq da ailə üzvlərindən keçmə riski var.
Həyat tərzi
Spirtli içki sümük toxumalarına toksiki təsir edir və sümük kütləsinin itirilməsinə səbəb olur. Siqaret çəkənlər arasında aparılan araşdırmalar da siqaret çəkməyənlərlə müqayisədə onların sümük kütləsinin aşağı olduğu və tez bir zamanda əriməyə başladığını göstərib. Xüsusilə də siqaret çəkən qadınlarda hormonal problemlər arasına biri də daxil olur: erkən menopauza.
Bu zaman qidalanmağa xüsusi diqqət yetirmək lazımdır.
Çoxlu duz, ət və balıq məhsullarının tərkibində olan zülal və fosfordan istifadə sidik yolu ilə kalsiumun orqanizmdən xaric olmasını stimullaşdırır. Lifli qidalardan çox istifadə toxumalarda kalsiumun sorulmasına mane olur. Kofe, isti çay və koka-kola sevənlər də bilməlidir ki, bu içkilərin tərkibində olan kofein kalsiumun orqanizmdən xaric olunmasını stimullaşdırır. D vitamin olmadan kalsiumun qəbul edilməsi və süd məhsulları qəbul etməyənlərdə də xəstəliyin inkişaf etməsinə səbəb olur.
Hərəkətlilik…
Əgər siz az hərəkətli həyat tərzi yaşayır, fiziki hərəkətlər etmir və çox zəif əzələləriniz varsa, sizin sümükləriniz yavaş-yavaş zəifləyərək incələcək və daha zərif olacaq.
Hormonlar…
Yumurtalığı çıxarılmış və ya menopauza dövrünə gəlib çatmış qadınlarda bu xəstəliyin risk faktorları daha yüksəkdir. Bununla yanaşı, osteoporoz doğum etmiş qadınlarda daha çox rast gəlinir.
Dərman vasitələri…
Bronxial astma və revmatik xəstəliklər zamanı qəbul edilən dərman vasitələri də insan bədənində sümük kütləsinin azalmasına gətirib çıxara bilir. Odur ki, osteoporoz olan insanlar dərman qəbul etməzdən əvvəl həkimlə məsləhətləşsinlər.
Osteoporoz olub-olmadığınızı necə müəyyən edə bilərsiniz?
İlk olaraq boy ölçünüzün azalıb-azalmadığına diqqət edin. əgər əvvəlki boyunuzun ölçüsünü bilmirsinizsə, kimdənsə sizin qolunuzun ölçməsini xahiş edin. Yetkin insanlarda həmin ölçü boyun ölçüsü ilə eynidir.
Sümük kütləsinin azalması, kalsium çatışmazlığı insanda tez-tez sümük çıxmalarına və sınmalarına, dişlərin tökülməsinə səbəb olur. Lakin osteoporoz xəstəliyinin düzgün diaqnostikası xüsusi laborator müayinələr zamanı mümkündür.
Osteoporoz xəstəliyi ilə mübarizədə başlıca profilaktika üsulu orqanizmdə kalsiumun saxlanılmasıdır. Bunu isə düzgün qidalanmağın köməyi ilə daha asan etmək mümkündür. Əgər sizin orqanizminiz qida yolu ilə lazım olan kalsiumu ala bilmirsə, o həmin ehtiyacı özbaşına ehtiyatda olan kalsiumdan və sümüklərdən almağa başlayacaq. Ona görə də gündəlik qidalanmamızda kifayət qədər kalsiumun qəbul edilməsinə çalışmalıyıq.
Vitamin D olmadan kalsiumun sorulması və əmələ gəlməsi mümkün deyil. Bu vitaminin sutkalıq qəbulu 400 ME-dir. Bir litr süd və ya dərman həbində olan multivitaminin orqanizmində sorulması üçün 39-60 dəqiqə günəş altında olmaq lazımdır.
TurpKimi.com tərkibində kalsium olan qida məhsullarını təqdim edir:
1 - İsveçrə pendiri - 50 qram - 493 mq kalsium var
2 – Adıgey və ya brınza pendiri – 50 qram – 270 mq kalsium var
3 – 2%-li yağlı pendir, 1%-li kəsmik - yarım stəkan - 87 mq kalsium var
4 – 2%-lı süd - 250 ml (1 stəkan) - 315 mq kalsium var
5 – Somon balığı (sümükləri ilə, koservası) - 200 qram - 150 mq kalsium var
6 – Qızardılmış toyuq əti - 100 qram - 15 mq kalsium var
7 – Qızardılmış mal əti - 100 qram - 8 mq kalsium var
8 – Ağ çörək - 30 qram - 25 mq kalsium var
9 – Kəpəkli çörək - 30 qram - 50 mq kalsium var
10 – Apelsin - 200 qram - 60 mq kalsium var
11 – Banan - 200 qram - 15 mq kalsium var
12 – Qurudulmuş əncir - 10 ədəd - 270 mq kalsium var
Yaşa görə kalsiumun qəbul edilməsi:
7-9 yaş --------------------- 700 mq
10-12 yaş (oğlanlarda) --------- 900 mq
10-12 yaş (qızlarda) ------------- 1200-1400 mq
13-16 yaş -------------------------- 1200-1400 mq
17-18 yaş -------------------------- 1200 mq
19-49 yaş -------------------------- 1000 mq
50 + yaş ---------------------------- 1000-1500 mq
Növbəti yazılarımızda sizə orqanizmdə kalsiumun nəyinki saxlanması, həm də qəbul edilməsi üçün dietik və faydalı yeməklər təqdim edəcəyik. Bizi izləyin!
Firuzə Alimova / TurpKimi.com