Necə edək ki, düzgün dayanaq? - Gözəl görünməyin sirri


İnsan bədəninin gözəl görünməsinin ən əsas özəlliyi...

nece-edek-ki-duzgun-dayanaq
10.04.2022 02:57 2 dəq oxuma

Ağrısı keçməyən bel və boyun ağrıları duruşunuzdakı pozulmalardan qaynaqlanır. Ona görə də uşaqlıqdan düzgün dayanmağı öyrənmək lazımdır.

TurpKimi.com sizə düzgün dayanmağın üsullarını və vacib məsləhətləri təqdim edir:

Düzgün dayan, gözəl görün...

Düzgün dayanma öndən ya da yandan baxıldığı zaman baş, gövdə və ayaqların düzülüşünün gözləri narahat etmədiyi duruş olaraq təyin olunur. Onurğa sütununun təbii quruluşu; yandan baxıldığında boyun və bel tərs istiqamətdə, beldə isə azacıq çökmə olmaqla 3 əhəmiyyətli əyriliyə sahib, lakin öndən baxılanda isə tamamilə düm-düz görünür. Bu quruluş sayəsində onurğa, yükü ən gözəl şəkildə daşıya bilir.

Duruş pozulmalarına sadə məsləhətlər...

Davamlı olaraq idman edin: onurğadakı əyriliyi sonrakı yaş dövründə düzəltmək çətindir. Ona görə də uşaqların hələ kiçik yaşlarından idmanla tanış olmaları lazımdır. İdman əzələləri gücləndirdiyi üçün dik durmağa kömək edir. Xüsusilə də məktəblilər ağır çantalarını bellərində daşımamalı, bunun yerinə sürülə bilən çantalardan istifadə etməlidirlər.

Düzgün dayanmaq öyrənilərək vərdiş halına gətirilir. Lakin bunun üçün çox vaxt kənardan insana düzgün durması üçün xəbərdarlıq edilməlidir. Xüsusilə də uşaqlar dərslərini edərkən və ya televizora baxarkən düzgün oturmada çətinlik çəkirlərsə, yorulmadan onlara xəbərdarlıq etmək və səhvlərini düzəltmək lazımdır.

Bundan başqa, yol gedərkən qarnı içəriyə doğru çəkib onurğaya yapışdırmaq  da insanı düzgün dayanmaya istiqamətləndirir.

İşləyən zaman uzun müddət eyni pozisiyada qalmayın...

İnsanın düzgün dayanmamasının təməlində ofisdə, masa və kompüter arxasında keçirilən zaman durur. Odur ki, iş mühitində masa və oturacağın insan bədəninə uyğun olması vacib şərtdir. Ofisdə “90-90” pozisiyasında oturmaq məsləhətlidir. Bu oturma şəklində dizlərin və belin 90 dərəcə olması lazımdır.

Lakin hərəkətli işdə işləyənlər üçün duruş pozulmalarının düzəldilməsi çox vacibdir. Çünki duruşun uzun müddət pozulması ağrılara səbəb olur. Məsələn, ağır yük daşıyan insanların davamlı olaraq idman etməsi mümkün olmaya bilər, ona görə də sağlam duruş üçün dincəlməli, oturmaq yerinə bir müddət uzanmalıdırlar.

Vaxtlı-vaxtında yatmağa çalışın...

Bədənin növbəti günə hazırlanması üçün insanın vaxtlı-vaxtında yatması vacibdir. Lakin 10-12 saat yatmaq yaxşı yatmaq demək deyil. Əzələlərin fiziologiyasına görə, vaxtında yatmaq və lazım olan yuxunu almağın yeri başqadır. Ancaq burda yatmağın pozisiyası da əhəmiyyətlidir. İnsan əzələlərini yormayacaq şəkildə yatmalıdır.

Firuzə Alimova / TurpKimi.com

08-04-2019