Sirkəylə hamiləlik testi...
Aptekdən alınan hamiləlik testlərini evdə asanlıqla tətbiq etmək mümkündür. Əgər test almağa şərait yoxdursa və ya nəticəni tez bir zamanda öyrənmək istəyirsinizsə, evdə olan vasitəylə bunu etmək olar.
TurpKimi.com uzun illər bundan əvvəl nənələrimizin tətbiq etdiyi "sirkəylə hamiləlik testi"ni təqdim edir:
Qeyd edək ki, hamilə olarkən orqanizmdə HCG hormonunun miqdarı yüksəlir. Sirkənin içərisində olan seyrəldilmiş turşuların HCG hormonundakı proteinlərlə əlaqəyə keçməsində cavab ortaya çıxır. Yəni sirkə ilə edilən test, apteklərdə satılan hamiləlik testləri ilə eyni məntiqdə işləyir. Lakin şəkər, karbonat kimi vasitələrlə edilən testlər düzgün nəticə verməyə bilər.
Testi etmək üçün sirkənin ağ rəngli olması vacibdir. Düzdür, marketlərdə fərqli rənglərdə sirkələr satılır, ancaq rəngin dəyişdiyini aydın seçə bilmək üçün sirkənin ağ olması lazımdır.
1-ci üsul: Yarım stəkan ağ sirkəni bir kasaya tökün. Sonra üzərinə bir neçə damcı sidik əlavə edin. Ən azı 5 dəqiqə gözləyin. Əgər sirkənin rəngi dəyişəcəksə, testin nəticəsi müsbətdir. Yəni təbriklər, siz hamiləsiniz! Lakin sirkənin rəngində hər hansı dəyişiklik olmursa, testin nəticəsi mənfidir, yəni hamilə deyilsiniz.
2-ci üsul: Sidiyi bir qaba tökün. Üzərinə 10 damcı ağ sirkə əlavə edib 5 dəqiqə gözləyin. Əgər sidiyin üzərində köpüklər yaranarsa, testin cavanı müsbətdir. Yox əgər sidiyin üzərində hər hansı dəyişiklik baş vermirsə, testin nəticəsi mənfidir.
Yazılıb: 29.03.2021-ci ildə
Firuzə Alimova / TurpKimi.com