Nəyə görə balqabaq şirəsini içməliyik? - Sonsuz faydaları


Qış fəslində insanın vitaminə olan ehtiyacını ödəmək üçün ən vacib olan qidalardan sitrus meyvələri, balqabaq, çuğundur, kök və sairdir.

neye-gore-balqabaq-siresini-icmeliyik
04.10.2022 19:51 3 dəq oxuma

Balqabağın faydası ta qədimlərdən məlumdur. Hətta belə bir deyim də var ki, kim ki 100 il yaşamır, deməli balqabaq şirəsi içməyib. El arasında balqabaq sözünün mənası baldan qabaq deməkdir.

Balqabaq şirəsinin nəyə görə bu qədər dəyərli olmasını bilmək üçün 100 qram balqabaqdan çəkilmiş şirənin tərkibinə nəzər salmaq kifayətdir:

Su-91,8 q.
Karbohidratlar-4.4 q.
Zülallar-1.0 q.
Nişasta-0.2 q.
Üzvi turşular-0.1 q.
Vitamin A-1.5 mq.
Vitamin B1-0.05 mq.
Vitamin B2-0.06 mq.
Vitamin B3-0.4 mq.
Vitamin B6-0.1 mq.
Vitamin B9-0.14 mq.
Vitamin C-8.0 mq.
Vitamin PP-0.5 mq.
Dəmir-0.4 mq.
Kalium-204,0 mq.
Kalsium-25.0 mq.
Maqnezium-14.0 mq.
Sodium-4.0 mq.
Kükürd-18.0 mq.
Fosfor-25.0 mq.
Xlor-19.0 mq.
Yod-1.0 mq.
Mis-0.18 mq.
Sink-0.24 mq.

Balqabağın tərkibində olan vitamin və minerallar insanın uzun və sağlam ömür sürməsi üçün kifayət edir.  Balqabaq şirəsi unikal müalicəvi məhsuldur. Onun tərkibində A, B, E, K vitaminləri, müxtəlif minerallar və s. faydalı maddələr var. Balqabağın tumu da şəfa mənbəyidir. 

Uzun sürən  xəstəliklərin müalicəsindən, gərgin fiziki və zehni yorğunluqdan sonra orqanizmin bərpası üçün balqabaq şirəsi ən yaxşı vasitədir. Balqabağın tərkibində pektin var. Bu da ona güclü antioksidant  təsir qazandırır. Orqanizmi  xolestroldan və ağır metallardan təmizlənməsində mühüm rol oynayır.

Balqabaq şirəsi sidikqovucu, ödqovucudur.  Bu şirə maddələr mübadiləsini normallaşdırır, qaraciyərin fəaliyyətini yaxşılaşdırır, mədə-bağırsaq sisitemi üçün xeyirlidir.

Balqabaq şirəsi  ürək-damar xəstəlikləri zamanı  istifadə edildikdə müsbət təsir göstərir, qan təzyiqini aşağı salır.

Daima əsəbi gərgin olanlar üçün də əvəzedilməz içkidir.  

Möcüzəvi şirə həm də bədəni artıq piylərdən təmizləyir.  Arıqlamağa kömək edir. Kalorisi az olduğu üçün diyetoloqların qida siyahısından çıxarılmır. 

Bu şirə qanda şəkərin də səviyyəsini aşağı salır. Buna görə də şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərə balqabaq şirəsi məsləhət görülür.

Balqabaq şirəsi prostat vəzin xəstəliklərinə qarşı profilaktika üçün ən yaxşı içkilərdən biri sayıla bilər.

Bu möcüzəvi faydaları olan içki hamilə qadınların ümumi vəziyyətinə də müsbət təsir göstərir. Xüsusilə ürəkbulanma zamanı balqabaq şirəsi öz effektini verir.

Dırnaq və saç sağlamlığını da qoruyur. 

Qaraciyəri və öd yollarını təmizləyir. Orqanizmdə hüceyrələri yeniləyir, dərini cavanlaşdırır. 

Balqabaq uşaqlar üçün xüsusilə faydalıdır,  rəxitliyin qarşısını alır, sümükləri gücləndirir. Dəmir azlığını aradan qaldırır , qurd xəstəliklərinin müalicəsində əvəzedilməz vasitədir.  A vitamini və karotinlə zəngin olan balqabaq şirəsini uşaqların qidalanmasına daxil etmək lazımdır. A vitamini uşağın boyatma və inkişaf proseslərində böyük rol oynayır. Gözlər üçün də faydalıdır. 

Soyuq fəsillərdə balqabaq şirəsi soyuqdəymə xəstəlikləri zamanı müalicəvi vasitə kimi istifadə oluna bilər. Bunun üçün 1/2 stəkan təzə balqabaq şirəsinə 1 çay qaşığı bal əlavə edib gün ərzində 2 dəfə qəbul etmək lazımdır. Bu qarışıq insanın immun sistemini gücləndirir ki, orqanizm daha fəal şəkildə viruslarla mübarizə aparır.

Xəstəliklərin profilaktikası üçün və orqanizmi möhkəmləndirmək məqsədi ilə balqabaq şirəsini hər səhər acqarına yeməkdən 20-30 dəqiqə əvvəl qəbul etmək lazımdır.

Balqabaq şirəsi bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Qəbizlikdən əziyyət çəkənlər üçün unikal vasitədir.  

Balqabaq şirəsini hazırladıqdan dərhal sonra qəbul etmək lazımdır. Balqabaq şirəsini təzə alma, kök şirələri ilə qarışdırmaq olar.

Bəzi mədə-bağırsaq sistemi xəstəlikləri zamanı, ishala meyillik olduqda bu şirə insana ziyan vura bilər. Mədə və on iki barmaq bağırsağın xorası, həzm orqanlarında kəskin problemlərin olduğu zaman balqabaq şirəsindən məhdudiyyətlə istifadə olunmalıdır. Bu şirədən müalicə məqsədilə istifadə etdikdə həkimlə məsləhətləşməyi unutmayın. 

Vüsalə Əlövsətqızı,TurpKimi.com

Dərc olunub: 15-01-2021