Nəyə görə bazardan aldığımız banan evə gətirdikdən sonra  tez qaralır?


Meyvə və tərəvəzləri uzun müddət təzə saxlamaq asan məsələ deyil. Heç fikir vermisiz,  meyvə və tərəvəzlər bizə gələnədək təzə qalır,  evimizdə isə bəzən iki gün içində xarab olur və ya qaralır. 

neye-gore-bazardan-aldigimiz-banan-eve-getirdikden-sonra-tez-qaralir
09.12.2022 23:33 1 dəq oxuma

Ən tez qaralan meyvələrdən biri də banandır. Uşaqların daha çox sevdiyi bu meyvə evə gələr-gəlməz qaralmağa başlayır. Səbəbi nə ola bilər?

 TurpKimi.com xəbər verir ki, bir çox meyvənin tündləşməsinin əsas səbəbi tərkibində olan fenol adlı birləşmədir. Bu maddə  ilə meyvənin və ya tərəvəzin  fermentlərində dəyişiklik yaranır. Tək səbəbi bu deyil. Banan uzaq ölkələrdən ölkəmizə gələrkən də bu fermentlərdə dəyişiklik ola bilər,  ancaq olmur, çünki bananın səfər müddəti düşündüyümüz kimi deyil.

Bananın səfəri

Daha çox Ekvadordan ölkəmizə gələn banan, bilinənin əksinə 1 həftəyə deyil, ən azı 20-25 günə ölkəmizə gəlib çatır. Bu müddətdə qaralmamasının səbəbi yetkinləşdikdən sonra yox,  kal ikən,  yəni daha yamyaşıl olarkən  budağından qoparılmasıdır. Bu üsul ümumiyyətlə uzaq yerlərə ixrac edilən  meyvələr üçün tətbiq edilməkdədir. Bir başqa faktor isə bananın gəmidə olarkən  günəş işığı görməməsidir.  Ölkəmizə gəldikdən sonra göndərildiyi market və bazarlarda günəş işığına məruz qalan bananda gün keçdikcə qaralma baş verir. 

Bananın qaralmasının qarşısını  necə almaq olar?

Bananın tez xallanmasını önləmək üçün  soyuducuya qoymayın.  

Aldığınız bananları günəş işığından qoruyun.

Uzun müddət  saxlamadan istehlak edin.

Saplarını streçlə və ya kulokla sarıyın. Bu üsulla hava almasının qarşısını almış olassız. 

Vüsalə Əlövsətqızı, Turpkimi.com

03-04-2022