Hollivud ulduzlarının qırmızı xalçada ən gözəl paltarları ilə uyğunlaşdırdıqları ayaqqabıların böyük olduğuna fikir vermisinizmi?
TurpKimi.com səbəbini açıqlayır.
Bir çox Hollivud ulduzu bilə-bilə qırmızı xalıda köhnəlmiş dikdaban ayaqqabı geyinər. Daha əvvəl istifadə etdikləri ayaqqabını təkrar geymələrinin səbəbi isə ayaqlarını sıxmaması və yaralamamasıdır. Nəticə olaraq dikdaban ayaqqabı geyən hər qadın dikdaban ayaqqabının ilk geyimdən sonra genişləndiyini bilir.
Uzun müddət ayaq üstə qala bilərsiniz
Ayaqda ağrı, narahatlıq və xroniki ayaq problemlərinin yaranmasının qarşısını almaq üçün ən az bir nömrə böyük ayaqqabı geyməyi seçirlər. Ayağa təzyiq olmayacağı üçün qan dövranı düzgün işləyir və uzun müddət dikdaban ayaqqabı ilə ayaq üstə qala bilərsiniz.
Silikon ped yerləşdirin
Böyük ayaqqabı geyinərkən diqqət yetirəcəyiniz bəzi nüanslar var. Ayaqqabı ayağınıza böyük olduğu üçün yıxılma riskiniz çoxdur və bunu önləmək üçün ayaqqabının içinə silikon ped yerləşdirə bilərsiniz. Beləliklə, ayaqqabı ayağınızdan çıxmayacaq.
Yazılıb: 30.12.2019-cu ildə...
Vüsalə Əlövsətqızı, TurpKimi.com