Təbiət insan üçün lazım olan bütün elementləri, qida və müalicəvi əhəmiyyətli bütün bitkiləri yetişdirib. Qalır insanın öz seçimi.
TurpKimi.com bu dəfə insan sağlamlığı üçün möcüzəvi əhəmiyyəti olan yerkökündən yazacaq.
Kök qış mövsümündə orqanizmi qoruyan və qidalandıran bütün elementlərlə zəngin tərəvəzlərdən biridir. Ən güclü antioksidant qaynaqlarından biridir. Xüsusilə beta karotin adlanan elementlə zəngin kökdən necə istifadə edilməsi sizdən asılıdır. İstər salatlarda, istər çiy və ya bişmiş, istərsə də şirəsindən yararlanmaqda fayda var.
Müasir dövrün ən böyük problemlərindən biri də şüaya məruz qalan orqanizmin yenilənməsidir. Kök bu mənada möcüzələr yaradır. Ətraf mühitin çirklənməsi dəriyə çox pis təsir edir. Dərinin cavanlaşmasında, uşaqların böyüməsində, depressiyadan xilas olmaqda kökün əvəzedilməz rolu var.
Nəyə görə kök suyundan istifadə etməliyik?
İnsan öz vəziyyətindən asılı olaraq gündə 0,5 litrdən 3-4 litrə qədər kök şirəsi içə bilər. Bu şirə orqanizmə öz funksiyasını normallaşdırmaq imkanı vеrir. Kök şirəsi A vitamininin ən zəngin mənbəyidir. Onda həmçinin çoxlu miqdarda B, C və D vitaminləri var.
Kök şirəsi iştahı və qida həzmini yaxşılaşdırır, həmçinin dişlərin vəziyyətinə yaxşı təsir еdir. Çiy kök şirəsi yaraları sağaltmaq və hətta xərcəng şişini aradan qaldırmaq qabiliyyətinə malikdir. O, immunitеti artırır, görmənin yaxşılaşmasına və göz xəstəliklərinin (oftolmiya və konyuktivit) müalicəsinə kömək еdir. Kök şirəsi nəfəs orqanlarının işini normalaşdırır, çənənin üz tərəfinin xəstəliklərindən azad olmağa kömək еdir. Kök şirəsi əsəb sistеmini möhkəmlədir, unikal еnеrji və güc mənbəyidir. Kök şirəsi dərinin vəziyyətini yaxşılaşdırır, dеrmatit və digər dəri xəstəlikləri ilə mübarizə aparmaq imkanı yaradır.
Ürək xəstəliklərindən qoruyur. Tərkibindəki beta-karotenlə birlikdə A vitamini də immun sistemi üçün çox əhəmiyyətlidir. A vitamini ürək xəstəliklərinin qarışısını alır, daxili orqanların daha sağlam olmasına şərait yaradır.
Kaliumun gücü
Xolesterolu aşağı salır: Kök suyunun tərkibindəki kalium var. O da xolesterolun miqdarını aşağı salır, qaraciyərdəki yağlanmanı azaldır, qan şəkərini tənzimləyir, qan laxtalanmasına yardımçı olur.
Tərkibindəki C vitamini diş yaralarını sağaldır və diş ətlərinin sağlam olmasına şərait yaradır.
Kök şirəsi yaraları və xərcəng şişlərini yox еtmək qabiliyyəti bilindikdə onu XX əsrin möcüzəsi adlandırdılar. Amma lazımi nəticə əldə еtmək üçün kök şirəsi düzgün hazırlanmalıdır. Bundan başqa kök şirəsi istifadə еdilərkən qatılaşmış şəkərə, nişastaya və hər hansı una malik qidadan imtina olunmalıdır. Nəzərə almaq lazımdır ki, şirənin kеyfiyyəti onun hazırlanma üsulundan çox asılıdır.
Kökdəki vitaminlər kaliumla birlikdə prostat, sinə xərçəngi kimi xəstəliklərin riskini azaldır.
K vitamini orqanizmdəki zülal üçün çox lazımlıdır. Kök şirəsi sümükləri də gücləndirir.
Kök suyu qaraciyəri təmizləyir. Mütəmadi olaraq kök suyu içmək qaraciyərdəki toksinlərin artmasının qarşısını alır. Qaraciyəri sağlamlaşdırır və QİÇS-in qarşısını alır. Kökəlmənin və piylənmənin də qarşısını alaraq, bu çətin prosesin öhdəsindən gəlir.
Yerkökü şirəsinin gözəllik üçün faydaları
Yerkökünün tərkibində olan kalium quru dərini nəmləndirir və yara izlərini azaldır. Dərinin rəngini parlaq edir, canlandırır.
Sızanaqların əmələ gəlməsinin qarşısını alır: Tərkibindəki efir yağları dəridə hər hansı bir problemin yaranmasına mane törədir.
A vitamini çatışmadıqda dəridə müxtəlif xəstəliklər yaranır. Kök məhz bu baxımdan da faydalıdır. Zəngin A vitamini qaynağıdır.
Kök suyu günəşin dəriyə verdiyi zərəri azaldır.
Kök hüceyrələri yeniləyir. Qocalma prosesini ləngidir, yaşlanma ilə mübarizə aparır. Tərkibində olan Beta-karotenoidlər A vitaminilə birləşərək dəriyə daxil olur və hüceyrələrin tez yaşlanmasının qarşısını alır.
Kök saçların və dırnaqların sağlamlığı üçün çox faydalıdır. Saçları uzadır və dırnaqların tez qırılmasının qarşısını alır.
Kök körpəsinə süd verən anaların qida rasionuna mütləq axil edilməlidir. Yaxşı südgətiricidir. Üstəlik südün keyfiyyətini artırır.
Hamiləlik zamanı da kök imtinaedilməz qidalardan biri olmalıdır. Gələcəkdə körpənin immun sisteminin sağlam olması üçün lazım olan mineral və vitaminlərlə zəngindir.Hamiləliyin son 3 ayında kök suyu içilərsə bu uşaqlarda yarana biləcək təhlükəli infeksiyaların riskini azaldır.
Kök həm də idmançılar üçün faydalı qidadır. Kök suyunun tərkibindəki fosfor sayəsində əzələləri qoruyur və onların bərpasına şərait yaradır. Kök suyunda olan dəmirin miqdarı bədəndə oksigenin htəchizatını yaxşılaşdırır. Tərkibindəki fosfor sayəsində orqanizmin daha çox enerji yığmasına kömək edir.
Kök suyu arıqlamaq istəyənlər üçün ən yaxşı təbii içkidir. Aşağı kalorili olduğu üçün çəki itirməyə kömək edir.
Kök suyu qlükoza, yağ və zülalları özündə birləşdirən B kompleksi vitaminləri ilə zəngindir. Bu səbəblə də metabolizmanı sürətləndirərək çəki itirmənizə səbəb olur. Eyni zamanda da B vitamini kompleksi stress və depressiv halların da azalmasına şərait yaradır.
Kökdə olan maqnezium qanda şəkərin səviyyəsini stabilləşdirir.
Həzm prosesini asanlaşdırır. Kök yüksək miqdarda lifi özündə birləşdirdiyi üçün həzmə kömək edir və uzun müddət tox qalmağınıza şərait yaradır. Bağırsaqlarda yaranan problemləri, xüsusilə qəbizliyi aradan qaldırır.
Kök böyrək, öd, gözlər üçün də faydalıdır. Yaddaşın güclənməsində böyük rol oynayır. Diqqət əskikliyi olan uşaqlara yatmazdan əvvəl bir ay kök şirəsi içirtməyin böyük faydası var.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Dərc olunub: 24-01-2021