Bir yemək qaşığına şəkərli su tökərək bağa və ya bağçamıza qoymalıyıq. Səbəbi əslində hamımız üçün çox önəmlidir.
TurpKimi.com xəbər verir ki, dünyanın ən çalışqan həşəratlarından olan arılar dünya əhalisinin 90 faizinin qidalanmasına kömək edir.
Amma təəssüf ki, arıların populyasiyası tədricən azalır və bu həqiqəti heç də hamı bilmir və müzakirə etmir. Arılar olmadan insanlar da həyatda qala bilməzlər. İnsanların yaşaması arıların həyatda və bu dünyada qalmasından asılıdır.
Yaşadığımız dünya və ətraf mühiti qorumaq naminə təkcə ağac əkmək kifayət deyil.
Ətraf mühitə bizim üçün çox asan olan şeylərlə kömək etməyimiz mümkündür. Bir nəfər dünyanı dəyişə bilmir, amma ətraf mühiti qoruyub gözəlləşdirə, abadlaşdıra bilir.
Britaniyalı zooloq və yazıçı Devid Attenboroughun səsini bir çox sənədli filmdən xatırlayanlar çoxdur.
O, bütün dünyaya önəmli bir mesaj yayıb. Feysbuk üzərindən etdiyi açıqlamada "Arıların nəsli tükənərsə, insanların 4 illik ömürləri qalır" - deyib.
Arılar kiçik və təsirsiz görünə bilərlər, amma əslində həyatımız üçün əhəmiyyətli rola malikdirlər. Attenborough "Son 5 ildə arı populyasiyası 3-də 1 azalıb" -deyə, qeyd edib.
Devid Attenboroughnun hamımıza bir tövsiyəsi var. “Su və şəkər tozunu qarışdırıb, yemək qaşığına töküb bağa, ya da yaşıl bir sahəyə buraxın. Bu aksiya öncə arıların sonra da bizlərin, yəni insanların həyatını xilas edir. İlin bəzi dövrlərində arıları ətrafda görməyəndə onların öldüyünü düşünürsən. Sadəcə olaraq yorulurlar. Pətəklərinə qayıdacaq gücləri qalmır.
Həyətinizdə, bağınızda yorulmuş bir arı görsəniz, dərhal yemək qaşığına şəkər və su qoyub bağa qoyun. Onların enerjiləri yerinə gələcək.İki xörək qaşığı şəkər tozu və bir yemək qaşığı suyu bir qaşıqla qarışdırın. Sonra bu qarışığı 1 xörək qaşığına töküb bağa qoyun. İnsanlar bu aksiyadan xəbərdar olmalıdırlar ".
Həyətdə, bağda çoxlu çiçək əkməklə də arılara yardımçı ola bilərik.
Vüsalə Əlövsətqızı, TurpKimi.com