Nəyə görə qışda iştahamız daha çox artır?


Qış fəsli sosial həyatımıza təsir etdiyi kimi qidalanma vərdişlərimizi də dəyişdirir. Soyuq hava bronxit, boğaz ağrısı, qrip kimi bir çox xəstəliyi özü ilə bərabər gətirir. 

neye-gore-qisda-istahamiz-daha-cox-artir
27.12.2021 20:03 2 dəq oxuma

TurpKimi.com xəbər verir ki,  qidalanma və pəhriz üzrə mütəxəssis Yeşim Nemutlu qış mövsümündə iştahın artması ilə  bağlı maraqlı nüanslardan danışıb. 

Qışda  maddələr mübadiləsinin sürəti aşağı düşür, immunitet zəifləyir. Orqanizmdə toplanan yağ metobalizmanın işləməsi üçün səfərbər olur. İnsanlar qış yuxusuna getmir, amma müəyyən prosesləri öz üzərində hiss edir. Günəşli günlər az olan və ya heç günəş görməyən yerlərdə yaşayanlarda yuxu nizamı, qidalanma, iştah da müəyyən miqdarda dəyişir.  Bu vəziyyətə mövsümi duyğu pozuqluğu deyilir. Bunun nəticəsində; halsızlıq, sinir oyanıqlığı, iştahda artma, ya da azalma, xüsusilə karbohidratlı qidalara tələbat artır. 

Qış aylarında yaşanan bu duyğu pozuqluğu iştah artımı və karbohidrat dəyəri yüksək qidalara meyllilikl müşahidə olunursa, bunun əksinə yaz-yay aylarında həddindən artıq hərəkət ilə doğru mütənasib iştahsızlıq, çəki itirmə kimi problemlərə gətirib çıxarar. Kilo artımını asanlaşdırmaq və yeməklərin daha az olduğu qış aylarında həyatda qalma ehtimalını artırmaq üçün enerjinin qorunmasını asanlaşdırmaq lazımdır.  

Artan iştah və xüsusilə karbohidrat qəbul etməyi mövsümi meyvə və tərəvəzlərlə əvəzləmək sağlam qidalanma balansını qoruyacaqdır. 

Serotoninin az ifraz olunması da əsas səbəblərdən biridir

Qışda günəş şüalarını az qəbul etdiyimiz üçün kökəlmə riski artır.  Günəş şüaları  serotoninin ifrazını azaldır. Melotoninin çox olması isə insanı depressiv vəziyyətə salır.  Qış  mövsümündə daha çox yuxuya ehtiyac duymağımızın səbəbi daha az işığa məruz qalmaqdır. Melotonin də az olduğuna görə iştah açılır. Melotonin əskikliyinin də qarşısını almaq lazımdır.

Vüsalə Əlövsətqızı, TurpKimi.com