Yalan danışmağa hardasa kiçik yaşlardan etibarən başlayırıq. "Mən əsla yalan danışmıram" deyənlər varsa, inanmayın.
Bəs, niyə yalan danışırıq? Yalan danışmağımızın arxasında hansı elmi səbəblər durur?
TurpKimi.com bu məsələyə aydınlıq gətirir.
Söylədiyimiz yalan bir fayda verirsə, yalan danışmağa davam edirik. 3-4 yaşından etibarən yalan danışmağa başlayırıq. Çünki 3-4 yaşında çox güclü bir şeyə sahib olduğumuzu anlayırıq: Dil. Dil öyrəndikdən sonra gerçəkləri öyrənmək, nələr olub bitdiyini anlamaq, qısaca kəşf etmək üçün istifadə edərik.
Nəhayət böyüdükdə, ağlımız kəsəndə isə yalanın pis bir şey olduğu gerçəyi üzümüzə sillə kimi vurular. Yalan pis bir şeydir, bəli, amma hamımızın əvvəl-axır etdiyi bir səhvdir.
Bəzilərinin “Aldığı nəfəs belə yalandır” deyirlər. Həmin insanlar istər özləri, istərsə də başqaları haqda yalan məlumat verərlər. Yaxşı bu insanların belə davranmasının arxasında hansı psixoloji səbəblər durur.
Hələ müəyyən deyil. Ancaq aparılan bəzi araşdırmalar bu cür yalan danışmağın; öz başına bir pozuqluq olduğu, psixopat və narsisizm kimi şəxsiyyət pozuqluqlarının da bir əlaməti olduğunu göstərir.
Əskiklikdən qaynaqlanır
Psixiatrlar bu vəziyyətin şəfqət və empatiyaya sahibi olmağı təmin edən nevroloji əlaqələrdəki əskiklikdən qaynaqlandığını düşünür. Çünki narsistlər, sosiopatlar və psixopatlar; empatiya əskikliyi pozuqluğuna malikdir, yəni normal insanlarla eyni şəkildə empatiya hissinə sahib deyildirlər.
Dayaz və zəif əlaqələr
Narsistlər, ətraflarına ümumiyyətlə böyük bir tablo, ya da həddindən artıq özünə inamlı bir portret çəkərlər. Lakin bu vəziyyət dərində gizlənmiş etibarsızlıq duyğusu və ən kiçik bir tənqidlə qırılacaq özünə inamla bağlıdır. Narsist insanlar davamlı olaraq öz romantik ehtiyaclarını qarşılamaq üçün dayaz və zəif əlaqələr qururlar.
Empatiya azlığı eyni zamanda vicdan azlığı mənasını verir. Bu insanlar yalan danışdıqlarında, bu vəziyyət normal bir insanı narahat etdiyi qədər onları narahat etməz.
Şəxsiyyət pozuqluğu
Yalan bir çox insanı narahat etsə də, yalanı söyləyən, ya da yalançını müdafiə edənlər üçün hər hansı bir narahatlıq yaratmaz. Bu baxımdan yalan danışmaqda günahkarlıq hissinin olmaması şəxsiyyət pozuqluğu kimi təyin oluna bilər.
Bu insanlar iki sözlərindən birinin yalan olduğunu belə fərq etməzlər, çünki bunu dərk etməzlər. Buna görə də çox vaxt doğrunu söylədiklərinə inanarlar. Yəni, əsl məsələ düzgünlük deyil, qarşı tərəfə göstərilən güclə əlaqədardır.
İnsan söylədiyi yalanın fayda verdiyini görür və yalan danışmağa davam edir. Bu da dürüst olmamağa səbəb olur və getdikcə vərdiş halını alır.
Empatik insanlar üçün təhlükəlidir
Bu vəziyyət, həddindən artıq empatik insanlar üçün son dərəcə təhlükəlidir. Çünki bu insanlar narsistlərin birinci qurbanlarıdır. Empatiya duyğusu yüksək olanlar birinin yalan danışdığını görəndə, sahib olduqları həddindən artıq empati hissindən qaynaqlanaraq onu anlamağa çalışarlar. Empatiya qabiliyyətləri onları günahlandırmaq yerinə, hər hansı bir səbəb axtarışına yönəldər, ya da doğrudan özlərini günahlandırarlar.
Özündən şübhə etməzlər
Ancaq çox təəssüf ki, insanlar özlərindən şübhə etməkdən qaçınarlar. Çünki yalan gerçəyə üstün gələr və yüksələr. Hər şey sadə, ağ bir yalanla başlaya bilər və bir neçə ay sonra həyatı, nağıl kimi dəyişər və hər şey mürəkkəbləşər. Əgər biri yalan danışırsansa, mümkünsə yalanına bir bəhanə tapmağa çalışma. Yalan, yalandır və bu yalana bəraət qazandırmaq olmaz.
Uzun sözün qisası yalan hamımızın həyatında elə, ya da belə bir şəkildə iştirak edir. Amma bəzilərimizin həyatı yalandır. Əgər belə bir vəziyyətlə qarşılaşsanız, arxanıza baxmadan qaçın, qaça bilmirsinizsə də yalançını yaxşı bir psixoloqa aparın. Amma nə olursa-olsun yalana bəhanə tapmayın, çünki deyilən yalan danışandan çox sizi zəhərləyər.
Vüsalə Əlövsətqızı, TurpKimi.com
Dərc olunub; 30-04-2021
Əlaqəli mətn
“Narsist” – özünübəyənmiş insanlarla necə davranmaq lazımdır?