Koronavirusu qışqırmaq və ya mahnı oxumaqla müəyyən edir - Niderlandda yeni ixtira


Əyləncəli, həm də maraqlı üsuldur...

niderlandda-yeni-ixtira-koronavirusu-qisqirmaq-ve-ya-mahni-oxumaqla-mueyyen-edir
06.03.2021 12:10 1 dəq oxuma

Niderlandda Peter van Veys adlı ixtiraçı koronavirus infeksiyasını standart testlərdən daha sürətli və daha asan müəyyən etməyə imkan verən bir cihaz yaradıb.

Bu barədə “Hürriyet” məlumat yayıb.

İxtiraçının hazırladığı cihazda hava daxil olmayan kabinə girən şəxslər ya qışqırır, ya da mahnı oxuyurlar.

Bu zaman havanın təmizlənməsi işini icra edən cihaz həmin şəxsin ağzından çıxan bütün hissəcikləri toplayır və analiz edir, koronavirus infeksiyasının olub-olmadığını aşkar edir.

Oxu.az / TurpKimi.com