Nikah şəhadətnaməsində evlənən şəxslərin qohumluq əlaqələri qeyd olunacaq


Nazirlər Kabineti “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərara dəyişiklik edib.

nikah-sehadetnamesinde-evlenen-sexslerin-qohumluq-elaqeleri-qeyd-olunacaq
24.06.2020 21:42 1 dəq oxuma

Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla "Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları”na əlavələr edilib.

Belə ki, Ailə Məcəlləsinə uyğun olaraq Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri tərəfindən verilən şəhadətnəmadə evlənən və boşanan şəxslərin qohumluq əlaqələrinin olub-olmaması qeyd olunacaq. 

Həmçinin həmin məlumatlar müvafiq vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında da qeyd ediləcək.

Qohumluq əlaqəsi haqqında məlumat –
(babası və (və ya) nənəsi ümumi olanlar)
əmioğluəmiqızı
dayıoğlubibiqızı
bibioğludayıqızı
xalaoğluxalaqızı
yoxduryoxdur