Yeddisinin arasından birini seçib nikotindən təmizlənmək mümkündür...
Siqaret çəkənlərin orqanizmini nikotindən sürətlə təmizləmələrinin ən gözəl yolu mümkün olduğu qədər sağlam qidalanmaqdır. Lakın qəbul edilən qidalar orqanizmdən nikotinin təmizlənməsində də rol oynamalıdır.
TurpKimi.com bildirir ki, insan siqaret çəkərkən nikotin beyinlə təmasda olduqda dopamin kimi neyrotransmitterlərin artmasına səbəb olur. Odur ki, qısa müddət ərzində özlərini daha rahat hiss edirlər, lakin bu onlarda asılılığı gücləndirir. Bir və ya iki saatdan sonra onlara başqa bir doza lazım olur.
Nikotin bütün metabolizmanı dəyişdirir, həzm sisteminə təsir edir. Mədə şirəsi nikotinin təsirindən qıcıqlanır. Davamlı istifadə etdikdə mədə turşuluğunu stimullaşdırır. Lakin sağlam qidalanma və həyat tərzi nikotinin bədəninizdən tez bir zamanda təmizlənməsinə kömək edə bilər.
YAŞIL ÇAY
Siqaret çəkən insanın bədəni su itirir və tez bir zamanda susuz qalır. Ona görə də siqaret içənlər bol su içməlidir. Suyun içinə limon sıxa, nanə əlavə edərək faydalılığını artırmaq olar.
Bu məsələdə yaşıl çay çox faydalıdır. Nikotini orqanizmdən atan antioksidantlarla zəngindir. Hər gün 1 və ya 2 stəkan yaşıl çay içərək orqanizmi nikotindən təmizləmək mümkündür.
KÖK
Nikotin dərini qurudur və öldürür. Bu kimi xoş olmayan hallardan qurtulmaq istəyirsinizsə, kök yeyin. Kök orqanizmin təmizlənməsi üçün lazım olan A, B, C və K kimi ana vitaminlərlə doludur. Həmçinin kök suyu da içmək olar. Kök suyuna alma, limon da əlavə etmək, yaxud hər hansı salata kök doğrayıb qəbul etmək mümkündür.
İSPANAK
Fol turşusu orqanizmin normal fəaliyyəti və inkişafı üçün çox vacibdir. Lakin çox insan bunu bilmir. Həmçinin nikotinin bədəndən atılması üçün də fol turşusunun çox yararlı olduğunu əksəriyyət bilməz. İspanakda isə bol midarda fol turşusu var və davamlı yedikdə nikotinin orqanizmdən atılmasını təmin edəcək.
BROKOLİ
Brokoli həzm sistemindəki müxtəlif iltihabları azaldan faydalı polifenollarla, həmçinin orqanizmi toksinlərdən təmizləyən antioksidantlarla zəngindir. Lakin bütün faydalı özəlliklərini qorumaq üçün brokolini mümkün qədər az bişirmək lazımdır.
Brokoli C və B5 vitaminləri ilə zəngindir. Siqaret isə C vitamininin səviyyəsini aşağı salır. Nikotini bədəndən atmaq üçün bol brokoli yeyilməlidir.
BİBƏR
Bibər tütünün təsirlərini azaldan və orqanizmi yaxşılaşdırmaq üçün lazım olan yüksək miqdarda C, B2 və B6 vitaminlərinə malikdir. Bibərləri salatlara əlavə edərək yeyin.
KİVİ, LİMON, PORTAĞAL
Kivi, limon və portağal orqanizmi yüksək miqdarda A, C və E vitaminləri ilə təmin edir, immuniteti artırır və bədənin müxtəlif infeksiya və bakteriyalarla mübarizə aparmasına kömək edir. Həmçinin nikotinin bədəni ən qısa müddətdə tərk etməsinə və nikotinin bədənə vurduğu zərərin bərpasına imkan verir.
Kivi yeyin, itirilmiş vitaminləri doldurmaq üçün vaxtaşırı bir stəkan təbii limonad için. Portağal suyu bədəni nəmləndirir, lazımi vitaminləri verir, həmçinin nikotini bədəndən çıxarır. İki portağalı sıxın, bir az su əlavə edin və yemək arası için.
MORUQ
Moruq siqareti tərgitmək üçün əladır. Bu meyvədə yüksək miqdarda ellagik turşu var. Bu, nikotin və bədən üçün zərərli olan digər birləşmələri bədəndən kənarlaşdıran bir maddədir.
Firuzə Alimova / TurpKimi.com